reklam
Regionxeberlericom.az » Cəmiyyət » Karantin rejimi nə zaman sərtləşdirilə bilər? - AÇIQLAMA

reklam

Karantin rejimi nə zaman sərtləşdirilə bilər? - AÇIQLAMA

“Koronavirusun bugünkü dalğası bu şəkildə davam edərsə, yoluxmalar artarsa, xəstəxanalardakı çarpayıların tükənməsi, eləcə də oksigen aparatlarına tələbatın artması ilə yanaşı, reanimasiyalarda xəstələrə lazım olan köməkliyi edə bilməmək kimi bir təhlükə var qarşımızda. Bu reallığı qəbul etməkdən başqa da bir yolumuz yoxdur”.

Bunu Trend-ə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.
Deputat ümidvar olduğunu bildirib ki, zaman çərçivəsində epidemioloji vəziyyət nəzarət altına alınacaq:

“Epidemioloji vəziyyətin nəzarət altına alınmasında isə əvvəlcə cəmiyyətin bu hadisələrə kütləvi şəkildə olan reaksiyası vacibdir, çünki bu reaksiya olmadan, cəmiyyət kütləvi şəkildə epidemioloji vəziyyətin diqtə etdiyi 3 preventiv tədbiri tətbiq etmədiyi müddət içərisində dövlətin görmüş olduğu bütün işlərə baxmayaraq, nəticə almaq qeyri-mümkündür.

İkincisi, dövlət sadəcə yoluxma rəqəmlərinə baxaraq deyil, həm də ölkədəki bir çox faktorları nəzərə alaraq gələcəkdə qapanmalar haqqında qərar verə bilər. Bunlar nədir? İnsan resursları, xüsusən, səhiyyə sahəsində, xəstəxanalardakı resurslar və eləcə də ölkədəki ümumi vəziyyətdə bir çox parametrlər aidiyyəti qurumlar tərəfindən analiz olunaraq gələcəkdə cəmiyyət üçün, xüsusən xəstələnən və yoluxan insanlar üçün, onların müalicəsinin təşkili üçün təhlükə ortaya çıxdığı anda əlbəttə ki, karantin rejiminin sərtləşməsi qaçılmaz ola bilər. Amma ötən bir ilin təcrübəsi göstərdi ki, məcbur qalmadıqca heç bir ölkə sərt karantin rejiminə getmək istəmir, çünki bunun faydadan çox, zərəri olduğu hamıya məlumdur”.


Paylaş:


Müəllif : Tarix:
30-03-2021, 14:06
Sikayət   


loading...
Загрузка...