reklam
Regionxeberlericom.az » Cəmiyyət » “İQTİDARA, DİALOQ SİYASƏTİNƏ QARŞI TƏXRİBATDIR...” – Videotəxribatın üstünün açılması üçün ən yüksək səviyyədə tapşırıq verilib

reklam

“İQTİDARA, DİALOQ SİYASƏTİNƏ QARŞI TƏXRİBATDIR...” – Videotəxribatın üstünün açılması üçün ən yüksək səviyyədə tapşırıq verilib

“Bir sıra siyasi partiya lideri və ictimai xadimlər Prezident Administrasiyasına və digər aidiyyəti dövlət qurumlarına professor Cəmil Həsənliyə və ailə üzvünə qarşı törədilən, "video cinayətkarlığı”na aydınlıq gətirilməsi, həmin rəzil əməlin təşkilatçı və icraçılarının tez bir zamanda tapılıb cəzalandırılması məzmununda müraciət ünvanlayıb”.

"AzPolitika.info" xəbər verir ki, bunları Azərbaycan Xalq Partiyasının sədri, sabiq deputat Pənah Hüseyn bildirib.

Onun sözlərinə görə, müraciətə cavab olaraq bildirilib: “Bu cinayətdə hər hansı dövlət orqanının iştirakından qəti şəkildə söz gedə bilməz, əksinə, bu hadisə dövlətə və iqtidara qarşı, xüsusən müxalifət-iqtidar münasibətlərinin normallaşması və tam əhatəli siyasi dialoq kursuna qarşı genişmiqyaslı təxribat hesab edilır. Bu təxribatın üstünün açılması üçün ən yüksək səviyyədə tapşırıq verilib. Və ən tez bir zamanda təqsirkarlar aşkarlanaraq, bu barədə ictimaiyyətə məlumat veriləcək".

Pənah Hüseyn deyib ki, aparılan təhqiqat ekspertiza göstərir ki, informasiya kirliliyi nəticəsində yaranan ilkin təəssüratlar yanlışdır, videodakı şəxslərin ümumiyyətlə Cəmil Həsənlinin ailə üzvü ilə əlaqəsi olmadığı, "tamaşa" qurulduğu versiyası yəqinlik qazanmaqdadır.

“Cəmil Həsənlənin ailə üzvü də bu barədə açıqlama verərək, vidiodakı şəxslərin ona aidiyyatı olmadığını bildirib. Heç şübhəsiz məsələyə cinayətin üstünün açılması və konkret təqsirkarların tapılıb cəzalandırılması nöqtə qoya bilər. Nəzərə alınmalıdır ki, bu məsələ artıq təkcə ayrı- ayrı fərdlərin yox, həm də dövlətin şərəf məsələsidir”.

Xatırladaq ki, bir neçə gün öncə internet şəbəkəsində Milli Şuranın sədri, pofessor Cəmil Həsənlinin qızı Günel Həsənliyə aid olduğu iddia edilən intim videogörüntü paylaşılıb.



Paylaş:


Müəllif : Tarix:
30-03-2021, 14:08
Sikayət   


loading...
Загрузка...