reklam
Regionxeberlericom.az » Cəmiyyət » Pensiyaçılara ŞAD XƏBƏR

reklam

Pensiyaçılara ŞAD XƏBƏR

287,8 min şəxsə Prezident təqaüdü təyin olunub.

Ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 5 fevral tarixli 2491 nömrəli Sərəncamı ilə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2021-ci ilin 1 yanvar tarixindən bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılıb.

Bununla yanaşı, əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ aylıq sosial müavinətlər təyin edilir. Bələ ki, 2021-ci ilin yanvarın 1-i vəziyyətinə yaşa görə müavinət alanların sayı 100,2 min nəfər (2020-ci il yanvarın 1-i vəziyyətinə 82,4 min), əlilliyə görə - 182,5 min (müvafiq olaraq 180,5 min) nəfər, ailə başçısını itirməyə görə - 49,2 min (47,0 min) nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı 52,7 (63,0 min) min nəfər, digər müavinətləri alanların sayı isə 27,2 ( 28,3 min) min nəfər olub.

2021-ci il yanvarın 1-i vəziyyətinə 77,3 min aztəminatlı ailənin 324,0 min üzvü ünvanlı dövlət sosial yardımı almış və onun bir nəfərə düşən orta aylıq məbləği 57,10 manat təşkil etmişdir.

Bunlarla yanaşı, müxtəlif kateqoriyadan olan 287,8 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunub.


Paylaş:


Müəllif : Tarix:
31-03-2021, 13:54
Sikayət   


loading...
Загрузка...