reklam
Regionxeberlericom.az » Cəmiyyət » Səhiyyə Nazirliyindən karantinlə bağlı açıqlama

reklam

Səhiyyə Nazirliyindən karantinlə bağlı açıqlama


"Bütün hallarda karantinin sərtləşdirilməsi barədə Operativ Qərargah qərar qəbul edir. Burada epidemik vəziyyət nəzərə alınır".

Bu barədə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov bildirib.

O əlavə edib ki, təxminən 10 gün ərzində davam edən Novruz bayramı zamanı ictimai nəqliyyatın fəaliyyəti dayandırılmışdı: "Rəqəmlərdə artım olsa belə, yoluxma sayı 10 gün ərzində 5-10 dəfə artmamışdı. İctimai nəqliyyat hamıya bəllidir ki, koronavirus infeksiyasının yayılmasına şərait yaradan ən başlıca amillərdən biridir. Amma ən çox rast gəlinən yayılmalar kütləvi tədbirlərlə bağlıdır. Ən ciddi yayılmalar toylar, yas mərasimləri və ad günlərində baş verir.

Bu cür tədbirlərin məhdudlaşdırılmasının davam etdirilməsi, sanitar gigiyenik normaların tətbiqinə nəzarətin gücləndirilməsi davam etməlidir. Bakı əhalisinin daha əhəmiyyətli qismi artıq yoluxub, xəstələnib və sağalıb. Amma regionlarımızda Bakı, Sumqayıt və Gəncə ilə müqayisədə bütün il boyu yoluxma halları az olub. Ona görə regionlarımızın qorunması çox vacibdir.

Regionlarımızda çoxlu sayda əhalimiz var ki, onlar koronavirusla indiyə qədər təmasda olmayıblar. Orada alovlanma olarsa, daha sürətli ola bilər. Amma Bakıda alovlanma nisbətən az sürətlə inkişaf edir. Çünki elə bir bina yoxdur ki, həmin binanın təxminən 20-30 faizində yoluxmalar olmasın. İnsanlar xəstələnib və sağalıblar. Yəni Bakı, Gəncə və Sumqayıtın kollektiv immunitetə çatma ehtimalı regionlarla müqayisədə daha çoxdur". / BAKU.WS


Paylaş:


Müəllif : Tarix:
1-04-2021, 11:12
Sikayət   


loading...
Загрузка...