Distant təhsil uşaqların gözünün nurunu aparır: - Valideynlər diqqətli olmalıdır!
İctimai Televiziyanın efirində yayımlanan, məktəblilər arasında bilik yarışması - “Əlaçı” intellektual oyununun növbəti buraxılışında 12 iştirakçıdan təxminən 5-i eynəkli idi.
Məktəblilər X sinif şagirdləriydi. 16 yaşlı uşaqların indidən eynək taxması, fikrimizcə, uşaq və yeniyetmələr arasında görmə zəifliyi probleminin kəskin dayandığını söyləməyə əsas verir. Ötən əsrdə bu problemə az rast gəlinirdi. Siniflərdə eynəkli şagirdlərin sayı bir, uzaqbaşı iki olardı. Onlar digər uşaqlardan məhz eynəkli olmalarına görə seçilərdilər. Fərqləndirmək üçün cüvəllağı uşaqlar “oçkarik” deyib, “lağ-lağı” da edərdilər. İndi isə eynəkli uşaqlar adi hala çevrilməkdədi. Səbəblər, əslində məlumdur. Kompüter, smartfonlar, planşetlər... Vaxtilə Bakıda mövcud olmuş metropolitendə sərnişinlərin az qala 99 faizinin gözlərini mobil telefonlara dikmələrinə hamımız şahid idik. Və təəssüf ki, telefon aludəçisi belə sərnişilər arasında uşaqlar, hətta körpərələr də, yeniyetmə və gənclər də üstünlük təşkil edirdi. Valideynin oturacağa əyləşər-əyləşməz körpənin, uşağın əlinə oyun proqramları ilə yüklənmiş smartfonları “dürtdüyünü” çox müşahidə etmişik. Evlərdə də vəziyyət eynidir. Təki uşağın səsi çıxmasın, ağlamasın, ana-atanın istirahətinə mane olmasın deyə, mobil telefonolara, planşetlərə “istiqamətləndirildiyi” də günümüzün reallığıdır. Belə demək mümkünsə, smartfnlar, planşetlər ailələrdə dayə rolunu çox “gözəl” əvəzləyir, dayələrin, ana-atanın da dublyorlarına çevrilib demək olar. Artıq ikinci ildir pandemiya səbəbindən distant təhsilə keçilməsi də bir tərəfdən uşaqları kompüterə, planşetlərə bağlayıb. Amma görmə zəifliyini son 2 illə əlaqələndirmək yanlış olar. 16 yaşlı yeniyetmədə görmə zəifliyi varsa, bunun kökünü daha əvvəllərdə - körpəlik və uşaqlıq dövründə axtarmaq lazımdır. Körpəlik və uşaqlıq dövrünün “yeni qaydaları” haqqında isə danışdıq. Bu, bizim müşahidə etdiklərimizdən gəldiyimiz qənaətdir. Bəs mütəxəssis hansı rəyi verəcək?
Pediatr Vaqif Qarayev “Şərq”ə açıqlamasında görmə zəifliyində anadangəlmə problemlərin artdığını dedi. Həmçinin əlavə etdi ki, uşaqların uzun müddət yaxın məsafədən telefon, planşet, televizor, kompüter kimi elektron vasitələrə baxması görmə zəifliyi yaradan əsas səbəblərdir:
- Hazırda distant təhsilə keçilib. Həmişə vurğulamışam ki, uşaqların səhhəti əsasdır. Bizə ilk növbədə sağlam gələcək lazımdır. Sağlamlıq təhsildən öndə gəlməlidir. Uşaqların təhsilli, savadlı olması vacibdir, lazımdır, amma birinci növbədə sağlam olmalıdırlar. Əgər məsləhət belədirsə ki, yoluxma təhlükəsi var və ona görə də distant təhsilə keçilməlidir, buna əməl edilməlidir. Amma distant təhsilin də qaydası olmalıdır. Uşaq bütün günü, fasiləsiz, rejimsiz kompüter və ya planşet qarşısında əyləşməməlidir. Bu, eyni zamanda imtahanlara hazırlaşanlara da aiddir. Son illərdə bəzən uşaqlar saatlarla, səhərdən-axşamadək kompüter qarşısında əyləşir, oxuyur, dərslərə hazırlaşırlar, imtahanda uğurlu nəticə əldə etsinlər deyə. Çalışınlar, amma hər şeyin qaydası var. Dərslərə, imtahana hazırlaşmaq da vaxtla, rejimlə olmalıdır. Uşaq ara fasiləlrlə masa arxasında qalxmalı, gəzişməli, beynini yükdən azad etməli, ona rahatlıq verən məsələləri düşünməlidir. Belə xüsusi proqramlar, əyləncəli intellektual oyunlar var. Amma çox vaxt uşaq dərsdən aralanmasın deyə, yeməyi də dərs çalışdığı otağa gətirirlər ki, elə burda ye,iç, oxu! Belə olmaz. Onlayn dərslər görmə zəifliyi yarada, görmə qabiliyyətinin zəifləməsinə səbəb ola bilər. Ona görə də fasilələr mütləq olmalı, uşaqlardan uzun müddət kompüter və ya planşet qarşısında əyləşmək tələb edilməməlidir. Kompüter qarşısında çox əyləşmək, fərqi oxdur uşaq dərsə kompüterlə qoşulur, smartfon və ya planşetlə, ekrana uzun müddət fasiləsiz baxmaq gözlərdə quruluq, qaşınma, allergiya, kiprik ilthabı, qızartı, sulanma kimi hallar yaradır, bunlar da zaman keçdikcə görmə qabiliyyətinin zəifləməsinə, müxtəlif göz xəstəliklərinə səbəb ola bilər. Ekranla uşaq arasında 1 – 1.5 metr ara məsafəsi saxlanmalıdır. Kompüter şüasının qarşısını ala biləcək eynəklərdən istifadə etmək olar.
V.Qarayev bildirdi ki, valideyn diqqətli olmalıdır:
- Valideyn uşağa nəzarət etməlidir. Vaxtaşırı həkim müayinəsinə aparmalıdır. 1 yaşından sonra ildə bir dəfə uşaq göz müayinəsindən keçməldiir. Belədə görmə zəifliyi varsa, müəyyən olunacaq və qarşısı vaxtında alınacaq. Bəzən valideynin uşağın görmə qabiiyyətindən heç xəbəri də olmur. Uşaq böyüyüb yuxarı siniflərə çatanda, məlum olur ki, gözdə çəplik, görmə zəifliyi var. Sovet vaxtı məktəblərdə şagirdlərin görmə qabiliyyəti məktəbin tibb otağında müayinə edilirdi. Görmə qabiliyyətinin dərəcəsini müəyyənləşdirmək üçün üzərində müxtəlif ölçülü hərflər yazılmış lövhə divardan asılırdı, şagirdlər də o lövhədəki hərfləri səsləndirməklə görmə qabliyyətlərinin necəliyini göstərmiş olurdular. Bilmirəm, indi bu metoddan istifadə edilir, ya yox, amma valideynlər diqqətli olsalar, yaxşıdır.
Paylaş:
Müəllif : Yazar
Tarix:5-04-2021, 09:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:5-04-2021, 09:23
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Bu gün, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Bu gün, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Bu gün, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
24-12-2024, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
24-12-2024, 11:29