reklam
Regionxeberlericom.az » Cəmiyyət » Vətəndaşlar İKZF-in kirayə evləri barədə: - Qiymət baha, müddət uzun, şərtlər ağır

reklam

Vətəndaşlar İKZF-in kirayə evləri barədə: - Qiymət baha, müddət uzun, şərtlər ağır



Xəbər verdiyimiz kimi, İpoteka və Kredit Zəmanət Fondu (İKZF) yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi istiqaməti üzrə prosedur və qaydalara dəyişikliklər edib. Bundan əvvəlki materialımızda dəyişikliklər barədə ətraflı məlumat vermişdik.

Bəs, kirayə yolu ilə mənzil almaq istəyən insanlar şərtlərlə razıdırlarmı? Hansı şərtlər onları kirayə yolu ilə mənzil əldə etməyə imkan vermir və nələrin dəyişməsini arzu edirlər?

AYNA sualları sosial şəbəkə istifadəçilərinə ünvanlayb. Beləliklə:

Rövşən Əsədov: “İl uzun, ödəniləcək məbləğ isə böyükdür. Heç kim zəmanət vermir ki, 25 il ərzində hər ay mənim 500 manatım olacaq, ya yox. İl uzun olsa da, məbləğ azaldılmalıdır”.

Bəxtiyar Hacıyev: “Bahadır”.

Aygün Paşayeva: “Boş vədləri inanmayın!”

Fərqanə Allahverdiqızı: Ən vacib məsələ qiymətdir. Qiymət ucuzlaşsa, yaxşı olar”.

Famil Fərhadoğlu: “Mənim yaxın qohumum alıb. Ayda 1250 manat ödəniş edir”.

Ruzbeh Məmməd: “Bir müddət öncə Fond açıqlama verdi ki, şərtlər sadələşdirilib. Heç də elə deyil. Bu mexanizm hansı ölkənin praktikası ilə uyğunlaşdırılır, bax, o maraqlıdır. Bildiyim qədəri ilə heç bir ölkənin praktikasında belə şərtlər yoxdur, hətta, daha əlçatandır. Normalda kirayəçinin 400 AZN ödəməyə gücü çatmırsa, 800 AZN-i necə ödəsin?! Buna kirayə də demək olmur. Bir sözlə, şərtlər elə əvvəlki ipoteka şərtləri ilə əmsallaşdırılıb”.

Nəzakət Ələkbərova: “Şərtlərini dəqiq bilmirəm, amma deyilənə görə, baha başa gəlir”.

Nigar İsmayılova: “Birinci dəfədir eşidirəm. O hansı qaydalardır?”

Rail Məmmədov: “Ömürlük kreditlə 50-80 minlik evlər 100-120 minə başa gəlir. Üstəlik, “şapka” və faizin faizi”.

Salatın Dursun: “Bizim kimi gənc ailələr məcbur olur ki, daha aşağı ipotekalı ev alsın. Nağd qiyməti 40 min manata olan ev 70-80 min manata başa gəlir. İlkin ödəniş olaraq, minimum 15 min manat ödəməliyik. Aylığı da 400-500 manat. Gəl, 20 il bu məbləği ödə. Və 2 uşaq saxlamaq, üstəlik də ailə öhdəliklərimiz”.

Gülnarə Məmmədova: “Baha satılır və başqa yerdə krediti olanlara verilmir. Ona görə gənc ailələr həm kirayə pulu verir, həm də borc verir. Amma öz evləri olsa, başqasının evində qalaraq deyil, öz evinin pulunu verərək içində də yaşayarlar”.


Paylaş:


Müəllif : Tarix:
5-04-2021, 10:58
Sikayət   


loading...
Загрузка...