reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Apteklərimiz ermənilərdən daha təhlükəlidir“ - Xalq artisti

reklam

“Apteklərimiz ermənilərdən daha təhlükəlidir“ - Xalq artisti


Hazırda Azərbaycanın dərman bazarında qiymət hərc-mərcliyidir. Tarif Şurasının qiymətləri tənzimlənən dərman siyahısından əlavə elə preparatlar var ki, onların dəyərini bazar, yaxud da "dərman dəllalları” özləri müəyyən edirlər. Bu da süni bahalaşmaya səbəb olur.

Məsələ ilə bağlı danışan Xalq artisti Şeyx Əbdül Mahmudbəyov apteklərdəki süni qiymət artımını sərt tənqid edib.

Onun sözlərinə görə, pandemiya müddətində bir çox dərmanlarda süni bahalaşma olub. Hətta Tarif Şurasının müəyyən etdiyi dərman preparatlarında da qiymət fərqi var:

“Azərbaycanda aptek sistemi dəhşətdir. Mən xəstəliyimlə əlaqədar beş-altı aydır ki, tez-tez apteklərə yollanıram. Sanki apteklər Azərbaycan xalqına qənim kəsilib… İnanın, Allaha and olsun, apteklərimiz ermənilərdən daha təhlükəlidir. Belə şey olmaz axı. Bir tərəfdən Tarif Şurası yaradıblar, digər tərəfdən də qiymətlər süni şəkildə qalxır. Qiyməti mən qaldırıram, ya xalq?! İstənilən aptekə girəndə nələr baş verdiyini görmək olur. Xalqın maddi durumu onsuz da pisdir, bir tərəfdən də belə etmək olmaz. Mən boyda adam borca dava-dərman alıram. Borc almağa adam tapıram ki, gedib yazılan dərmanları alım, sistem qoydurum. Bu nə olan şeydir?! Bəsdir, yığışdırın özünüzü, ayıbdır. Bu xalqı bədbəxt etməyin, nə istəyirsiniz bu camaatdan? Prezident səhərdən axşamacan dağda-dərədə qalıb, risk edir, ailəsini də götürüb gedir ki, qoy düşmən görüb kor olsun. Bu boyda zəhmət çəkib iş görür, bunlar isə Prezidentin adı ilə vəzifədə oturublar, özləri üçün kef edir, çapıb-talayırlar. Qohum-əqrəbalarını da yığıblar başlarına. Ay başına dönüm, bir idarədə nə qədər qohum birlikdə işləyə bilər axı? Bu hal niyə yoxlanılmır?”
Rejissor qeyd edib ki, dərmanlar üçün vahid qiymət müəyyən edilsə də, buna zidd olaraq eyni dərmanın qiyməti müxtəlif apteklərdə müxtəlif cürdür. O, apteklərin qiymət artımını özbaşına etmədiyini, onların arxasında dayananların olduğunu bildirib:

“Mənim 77 yaşım var, ağır xəstəliklə əlbəyaxayam, bilmirəm axırım necə olacaq, bu gün varam, sabah yox. Amma mən məhz 7-8 ay xəstəliyim dövründə bilavasitə yaşadığım faciələri dilimə gətirirəm. Qiymətləri nə mən, nə də vətəndaşlar qaldırır. Apteklərin arxasında dayananlar var. Onlar özbaşına bu boyda oyun çıxara bilməzlər. Olmaz ki, xalqla açıq, səmimi danışaq? Olmaz ki, deyək məsələ nədir, nə yerdədir?! Cənab Prezident hər çıxışında qeyd edir ki, biz xalqa xidmət edirik. Kim xalqı çapıb-talamaq üçün yalandan bu vəzifəyə gəlibsə, hamısı bir-bir tapılıb cəzasını almalıdır. Bizlər də bu işdə ölkə başçısına kömək olmalıyıq. Kadr dəyişikliyinə necə başlanıbsa, eləcə də davam etməlidir. Bizə dil bilən, Avropadan xəbəri olan, milli ruhlu, savadlı cavan kadrlar lazımdır. Kənddən-kəsəkdən gəlib, başına qohum əqrəbasını yığıb, 20 ildir yeyib-dağıdan məmurlar bizə lazım deyil!”




Paylaş:


Müəllif : Tarix:
7-04-2021, 14:01
Sikayət   


loading...
Загрузка...