Rusiya Mübariz Mənsimov üçün detektiv göndərir

Rusiyada müflis elan edilmiş “Palmali” MMC şirkətinin Türkiyə ərazisində əmlakını axtarmaq üçün detektivlər göndərilir.
Müflisləşmə haqda Rusiya vahid federal Reyestrinin saytında göstərilir. Orada deyilir ki, detektivlərin xidməti “Palmali” MMC-nin hərracda satılan əmlakından daxil olan vəsaitlər hesabına ödəniləcək və hər bir hüquqi, yaxud fiziki şəxs bu xidmətə görə ayda 4 min dollardan çox olmayan haqq alacaq.
Detektivlər “Palmali Holding Company” şirkətinin sahibi Mübariz Mənsimovun 19 şirkətinə məxsus əmlakı axtarıb tapmalıdır. Rostovda fəaliyyət göstərmiş “Palmali” MMC bu şirkətin törəməsidir və 2018-ci ildə “Sberbank”ın iddiası əsasında müflis elan edilib. Şirkətin Rusiya ərazisindəki əmlakı, o cümlədən tankerləri borca görə müsadirə olunub.
Paylaş:
Müəllif : Fuad
Tarix:9-04-2021, 08:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:9-04-2021, 08:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:01
Dünən, 12:52
Dünən, 12:39

İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB