Bakıda Rusiya səfirliyi qarşısında aksiya – Fotolar

Bakıda Rusiya səfirliyinin binası qarşısında aksiya keçirilib.
Aksiya Müsavat Partiyası Gənclər Təşkilatı üzvləri və digər fəallarının iştirakı ilə baş tutub.
İştirakçılar Rusiyanın Yuxarı Qarabağda olan qüvvələrinin öz mandatına aid olmayan fəaliyyətinə, işğalçı kimi davranışlarına "Xankəndi Azərbaycandır","Xocalı Azərbaycandır", "Qarabağdan əlini çək" və başqa şüarlarla etiraz edib. Onlar Qarabağ müharibəsində "İsgəndər M" raketlərindən istifadə edilməsi ilə bağlı izahat tələb ediblər.
Piketin qətnaməsi Azərbaycan və rus dillərində ictimaiyyətin diqqətinə çatdırılıb.
Aksiyanı dəyərləndirən partiya başqanı Arif Hacılı deyib ki, bununla yerli və beynəlxalq ictimaiyyətin diqqətini Rusiya silahlı qüvvələrinin Azərbaycan ərazisində törətdiyi özbaşınalığa bir daha yönəldə biliblər: “Ağır pandemiya şəraitinə baxmayaraq öz sağlamlıqlarını risk altında qoyaraq bu aksiyada iştirak edən hər kəsə xüsusi fədakarlıqlarına görə təşəkkür edirəm. Azərbaycanın ağrılı problemləri ilə bağlı etiraz aksiyalarımız yüksələn xətt üzrə davam edəcək”.

Paylaş:
Müəllif : Fuad
Tarix:9-04-2021, 16:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:9-04-2021, 16:59
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 13:07
20-02-2025, 14:36
20-02-2025, 10:45

Vətəndaş asfalt yolun ortasına düzülən beton maneələrin düzgün yerləşdirilmədiyni deyir - VİDEO

Vüqar Sədibəyli Abşeronun “göbəyində” qanuna meydan oxuyur: Yüzlərlə ailə ayağa qalxdı…