reklam
Regionxeberlericom.az » Cəmiyyət » Efir jurnalistikası koronavirusa hazır deyil - İTTİHAM

reklam

Efir jurnalistikası koronavirusa hazır deyil - İTTİHAM


Koronavirus pandemiyası iki ildir ki, dünyanı cənginə alıb. Hər bir ölkədə bunun üçün mübarizə üsulları axtarılır.

Mövcud şəraitin anidən dəyişməsi insanların psixologiyasına ciddi şəkildə təsir göstərir. Bu baxımdan da əksər insanlarda bəzən depressiv hallar müşahidə olunur. Bu halların qarşısını almaq üçün bir çox ölkədə maarifləndirmə işləri aparılır.

Bəs, bu sahədə bizdə durum necədir?

Tanınmış media eksperti Zeynal Məmmədli Modern.az-a bildirib ki, jurnalistlər fürsətdən faydalanaraq hər cür veriliş hazırlamalıdırlar:

“Bu təkcə jurnalistikaya aid olan proqramlara şamil edilmir. Əyləncə, sənədli film formatında olan proqramlarda da mütləq koronavirus və karantinlə bağlı nələrdənsə, danışmaq mümkündür.

Teletamaşaların anonsunda maskadan istifadə et, məsafə saxla tələblərini görürük. Bu yaşam tərzini hər addımda yumuşaq şəkildə xatırlatmaqdır. Bununla yanaşı fərdi birbaşa onlara həsr olunan verilişlər olmalıdır. Veriliş deyəndə, debat və müzakirə proqramları nəzərdə tutulur. Həmin diskussiya proqramlarına uyğun mütəxəssislər seçilməlidir. Bu çox yaradıcı formada olmalı, darıxdırıcı, uzun-uzadı olmamalıdır”.

Z.Məmmədli məsələ ilə bağlı bir neçə mütəxəssisin iştirakının tərəfdarı olduğunu qeyd edib:

“Həmin mütəxəssislər eyni problemlə ixtisaslaşmış olmalıdırlar. Bu zaman onların arasındakı baxış fərqlərini, ortaq məxrəcə gəlmələrini görəcəyik. Bunun üçün də fakt bazası tutmaq lazımdır. Bilgi bazası hazırlanmalı idi. Virusoloqların, tibb mütəxəssislərin kimliyi, hansı tip araşdırma apardıqları müəyyənləşməlidir. Əgər özümüzdə mütəxəssislər yoxdursa, kimlərlə əlaqə yarada biləcəyimizi öyrənməliyik.

Lakin Azərbaycan televiziyalarında bununla bağlı ayrıca çalışma hiss etmədim. Bir sözlə bizim efir jurnalistikamız belə kampaniyaların aparılmasına hazır deyil. Bu bir daha həm bizim, həm də bütövlükdə tibb kadrlarının zəifliyini göstərdi.Tibb kadrları bunları populaşdırmaq, yaymaq və ictimai rəy yaratmaqda təcrübəsiz və bilgisizdirlər”.



Paylaş:


Müəllif : Tarix:
13-04-2021, 12:28
Sikayət   


loading...
Загрузка...