reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Qapanma olsa, intiharlar artacaq, həm də…” - Sosioloqdan XƏBƏRDARLIQ

reklam

“Qapanma olsa, intiharlar artacaq, həm də…” - Sosioloqdan XƏBƏRDARLIQ



“Qapanma olsa, insanlar arasında əsəbilik, psixloji pozuntular getdikcə artacaq”.

Bunu Yenicag.az-a açıqlamasında tanınmış sosioloq Əhməd Qəşəmoğlu karantinin sərtləşəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Sosioloq iqtisadi problemlər fonunda əhali arasında intiharların artacağını və eyni zamanda demoqrafik sayın aşağı düşəcəyini proqnozlaşdırıb:

“İnsanlarda biganəlik, gələcək haqqında ümidsizlik yaranıb ki, bu da intihar hallarının artmasına gətirib çıxarır. İntiharların artmasının ən birinci səbəbi də özünü reallaşdıra bilməmək, sabaha ümidsizlikdir. İşsizlik, iş yerlərində ixtisarlar, maddi və psixloji çətinliklər onsuz da gərgin olan insanların durumunu daha da ağırlaşdıracaq. Digər tərəfdən hava, su ehtiyaclarını ödədiyi kimi, insanların ünsiyyətə də ehtiyacı var. Bu qapanmalar ünsiyyəti daraldır, insanlara həm iqtisadi, həm də mənəvi ziyan vurur. Cəmiyyətin müəyyən bir təbəqəsi dövlət müəssisələrində çalışır, məvacib alır, amma əksəriyyət günəmuzd çalışanlardır. Onların gəlir mənbəyi dayanıb. Bütün bunlar iqtisadi çətinlik də psixoloji gərginliyi daha da artıracaq.

Digər tərəfdən pandemiya demoqrafik baxımdan ciddi problemlərə yol açıb. Toyların keçirilməsinə icazə verilmir, bu da uşaqların doğum sayına ciddi təsir edib. Evli insanlar belə dünyaya uşaq gətirmək istəmir, çünki bilirlər ki, maddi problemlər qaçılmazdır”.

Ə.Qəşəmoğlu çıxış yolunun düzgün seçilmədiyini də təəssüf hissi ilə qeyd edib:

“Təəssüf ki, çıxış yolları barədə düşünən yoxdur. Karantin çıxış yolu deyil, bunu dəfələrlə demişəm. Əhalini tibbi cəhətdən maarifləndirmək lazımdır. Problem onların davranışındadır, bu davranış qaydalarını dəyişdirmək lazımdır. Evə qapanmaqla yoluxma sayını azaltmaq fikri düzgün deyil”.


Paylaş:


Müəllif : Tarix:
13-04-2021, 14:33
Sikayət   


loading...
Загрузка...