Nazirlər Kabinetindən azad edilmiş ərazilərlə bağlı QƏRAR
Nazirlər Kabineti 97 №-li Qərarına dair izah verib.
Kabinetdən bildirilib ki, qərar “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 1 fevral tarixli 259-VIQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasını təmin etmək məqsədilə hazırlanıb.
Şəhərsalma əsaslandırılması yerli icra hakimiyyəti orqanlarının Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə həmin Agentliyin sifarişi əsasında onların verdikləri layihə tapşırığına uyğun olaraq layihəçi tərəfindən yerinə yetirilir.
Tikinti niyyətini həyata keçirmək istəyən sifarişçinin istədiyi hallarda və onun müstəqil müraciəti əsasında şəhərsalma əsaslandırılmasının yerinə yetirilməsi layihəçiyə sifariş edilir. Bu zaman layihə tapşırığı da tikinti niyyətini həyata keçirmək istəyən sifarişçi tərəfindən verilir.
Qərara əsasən Azərbaycan Respublikasının işğaldan azad edilmiş kənd ərazilərində vahid şəhərsalma əsaslandırılması üçün Qaydaların 2.3-cü bəndində göstərilən layihə tapşırığının Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən hazırlanmasına yol veriləcək, bu hallarda şəhərsalma əsaslandırılması Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında tərtib ediləcək və həmin sənədlərin hazırlanması Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 24.2-ci maddəsinə uyğun olaraq dövlət vəsaiti hesabına maliyyələşdiriləcəkdir.
Paylaş:
Müəllif : Fuad
Tarix:16-04-2021, 21:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:16-04-2021, 21:06
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti