Sülhməramlıların minalardan təmizlədiyi ərazi 2000 hektarı keçdi - AÇIQLAMA
“Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir”.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) Dağlıq Qarabağ münaqişəsi zonasında Rusiya sülhməramlı kontingentinin aprelin 17-nə olan fəaliyyəti ilə bağlı məlumatında deyilir.
“İyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyəti izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər.
Atəşkəs bütün təmas xəttində müşahidə olunur.
Rus sülhməramlıları vətəndaşların təhlükəsiz hərəkətini və mülki infrastrukturun bərpasını təmin edirlər” – açıqlamada bildirilib.
Məlumata görə, Humanitar Minalardan Təmizləmə Mərkəzinin minalardan təmizlənməsi qrupları ərazilərin minalardan təmizlənməsi üzrə işlərini davam etdirirlər:
“Gün ərzində 10 hektar ərazi, 1 km yol təmizləndi, 2 partlayıcı maddə tapıldı. Ümumilikdə, 23 noyabr 2020-ci il tarixindən etibarən 2007 hektar ərazi, 619 km yol, 30 sosial əhəmiyyətli obyekt daxil olmaqla 1716 yaşayış binası partlamamış hərbi sursatlardan təmizlənib, 25 573 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib”.
Qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq üçün səyləri koordinasiya etmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.
Paylaş:
Müəllif : Fuad
Tarix:17-04-2021, 22:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:17-04-2021, 22:58
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti