5 aydır axtarılan əsgərin şəhid xəbəri gəldi - FOTO
Beş aydır itkin düşən Hacıqabul rayonunun Muğan qəsəbəsindən olan Vətən müharibəsi iştirakçısı Kərimli Qalası Müslüm oğlunun şəhid xəbəri gəlib.
Bu barədə “Qafqazinfo”ya müvafiq İcra Hakimiyyətinin qəsəbə inzibati dairəsi üzrə nümayəndəliyindən məlumat verilib. Bildirilib ki, Q. Kərimlinin şəhid olması ilə bağlı ailə üzvlərinə məlumat verilib və onlar nəşin gətirilməsi üçün sabah Füzuli rayonuna gedəcəklər:
“Qalası ailə üzvləri ilə sonuncu dəfə noyabrın 2-də əlaqə saxlayıb. O vaxtdan ondan xəbər almaq mümkün olmayıb. Qalası Kərimlinin Daşaltı istiqamətində minaya düşdüyü ehtimal olunur”.
İcra nümayəndəliyindən həmçinin deyilib ki, şəhid əsgər mərhum anasının yanında dəfn olunacaq: “Qalası anasını kiçik yaşlarında itirib. Dostları ilə danışanda onlara vəsiyyət edib ki, əgər mən ölsəm anamın yanında dəfn edin. Ona görə də, vəsiyyətinə uyğun olaraq anasının yanında dəfn olunacaq”.
Xatırladaq ki, Q. Kərimli 8 yanvar 2000-ci ildə anadan olub. Vətən müharibəsində, Şuşanın azadlığı uğrunda döyüşlərdə fəal iştirak edib.
Torpaqlarımızın işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən “Cəsur döyüşçü” medalı ilə təltif edilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:20-04-2021, 10:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:20-04-2021, 10:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti