Mingəçevir sakini velosipedlə dünya turuna çıxıb
Mingəçevirli səyahətçi velosipedlə növbəti dünya turuna çıxıb, o artıq Dağıstanın paytaxtına yaxınlaşmaq üzrədir.
regionxeberlericom.az-un ONA-nın Mingəçevir bürosuna istinadən məlumatına görə, ənənəvi olaraq velosipedlə dünyanın fərqli bölgələrinə səyahət edən Mingəçevir sakini Abid İsmayılov növbəti velosiped turuna çıxıb.
Bu, velosiped həvəskarının üz tutduğu yeni, həm də daha uzun istiqamətdir. Belə ki, bundan öncə o, əsasən Gürcüstan istiqaməti ilə xarici səfərlərə üstünlük verib. Bu dəfə isə Mingəçevir-Bakı-Dərbənd-Mahaçqala-Qroznı-Yalta-Odessa-İstanbul-Batumi marşrutu üzrə hərəkət edir.
A.İsmayılov hazırda Rusiya Federasiyasının Dağıstan Respublikası ərazisindədir və paytaxt Mahaçqalaya yaxınlaşır. Buradan Çeçenistan sərhədlərinə üz tutacaq.
A.İsmayılovun ONA-ya verdiyi məlumata əsasən, yol boyu o, dünya turuna çıxan iranlı velosipedçilərlə də qarşılaşıb. Ümumiyyətlə isə həmyerlimizin səfəri hər bir yaşayış məntəqəsində maraqlı anlar və unudulmaz görüşlərlə yadda qalır.
Qeyd edək ki, A.İsmayılov təqaüddə olan pedaqoqdur və təqaüdə çıxdığı andan etibarən illərdir ki, velosipedlə dünyanın fərqli bölgələrinə səyahət edir. May ayının 21-də o, Mingəçevir şəhərindən növbəti səfərə üz tutub.
Paylaş:
Müəllif : Yazar
Tarix:29-05-2019, 09:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:29-05-2019, 09:18
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Bu gün, 11:29