reklam
Regionxeberlericom.az » Cəmiyyət » Nadir Hərbi Qənimətlər Parkından danışdı: “İki manat gündəlik çörək puludu...“

reklam

Nadir Hərbi Qənimətlər Parkından danışdı: “İki manat gündəlik çörək puludu...“


“Eşitdiyimə görə, Hərbi Qənimətlər Parkına girişi pullu ediblər. Bu parkı ümumiyyətlə, niyə pullu ediblər? Elə ailələr var ki, onlar üçün iki manat gündəlik çörək, qənd puludur...”

Bu sözləri Yenisabah.az-a müğənni Nadir Qafarzadə deyib.

İfaçı Hərbi Qənimətlər Parkına girişin ödənişli olmasını doğru hesab etməyib. Onun fikrincə, parka giriş pulsuz olmalıdır çünkii bütün vətəndaşların parkı ziyarət etmək hüququ var:

“Mən hələ Hərbi Qənimətlər Parkında olmamışam. Eşitdiyimə görə, parka girişi pullu ediblər. Bu parkı ümumiyyətlə, niyə pullu ediblər? Bəlkə, elə ailələr var ki, onlar üçün iki manat gündəlik çörək, qənd puludur, amma həm də parka gedib eksponatları izləmək istəyir. Nəzərə almaq lazımdır ki, hər kəs, xüsusən də gənclər, uşaqlar gələcəkdə düşməni tanımaq üçün o parka getməlidir. Mən düşünürəm ki, bu park pullu olmamalı idi. Bu cür düşünürəm, bəlkə də səhvdir. Bəlkə də, bu qərarda hansısa məntiq var. Bu ümumilikdə Azərbaycan xalqının, qazilərimizin, şəhidlərimizin, əsgərlərimizin qələbəsidir. Bilmirəm, bu qərarı verəndə məntiqi harda gördülər...”

Qafarzadə parkda hərbi qənimətlərin sərgilənməsinə etirazını bildirənlər barədə də danışıb.

O, insanlarda cahilləşmə getdiyini qeyd edib və bunu pandemiya ilə əlaqələndirib:

“Bəziləri bu parkda qənimətlərin nümayiş olunmasının əleyhinədir. Bilirsiniz, artıq ölkədə cahil insanlar o qədər çoxalıb ki... Ona görə mən hər zaman deyirəm ki, bu pandemiyanı, karantini yekunlaşdırın, insanlara savad verin, təhsil verin. Bu karantin uzandıqca, məktəblər, universitetlər, bağçalar bağlandıqca bizim gələcəyimiz cahilliyə gedir, bunu biləsiniz. Hər bir şeyin başında bu pandemiya durur, insanların başı xarab olub. Biz bir ildə üç-dörd müharibə yaşadıq. Pandemiya oldu, sonra Qarabağ müharibəsi, daha sonra yenidən pandemiya. Bu qədər COVİD xəstələri bizim beynimizi xarab elədi”.

Müğənni parkla bağlı bu cür düşünənləri də başa düşdüyünü, onları heç bir halda təhqir etmədiyini deyib:

“Belə deyənləri də qınamayın, insandırlar, bəlkə də onlara nəsə psixoloji təsir edir. İndiki vəziyyətdə heç kimi qınamaq olmaz, mən də heç kimi qınamıram, çünki hər kəsin öz fikri var. Ömür boyu demişəm ki, hər kəsin fikrinə hörmətlə yanaşmalı, təhqir etməməliyik. Kimisə tənqid edə bilərik, amma gəlin, təhqir etməyək. Birinci özümüzdən başlamalıyıq, gəlin baxaq, biz hamımız düzükmü? Hamımız mələyikmi? Hamımızın səhvi, düzgün yanaşmadığımız məsələlər var. Buna görə mən hamıya hörmət edirəm, susuram. Əgər kimsə səhvdirsə, özünə görə cavabdehdir, Allah qarşsında, haqq-ədalət qarşısında o özü cavab verəcək. Mən kiməm ki, kimisə təhqir edim, yaxud ədalətsiz şəkildə bir “məhkəmə” qurum? Böyük hakim tək Allahdır, gəlin, heç kəsi mühakimə etməyək. Ola bilər ki, sosial şəbəkələrdə bu parkın yaradılmasına qarşı çıxanların hər hansı psixoloji problemi var, ya da həmin gün nəyəsə əsəbi olub və s. Biz bunları anlamalıyıq, axı biz insanıq. Heç kim sabahından sığortalanmayıb. Sabah sizin də mənim də başımıza nəsə gələ bilər, bəlkə, biz onlardan da pis günə düşəcəyik? Əgər bacarırıqsa, bu tip insanları bacarırıqsa, düzgünlüyə çəkək, bacarmırıqsa, susaq, oturaq yerimizdə”.


Paylaş:


Müəllif : Tarix:
20-04-2021, 15:54
Sikayət   


loading...
Загрузка...