reklam
Regionxeberlericom.az » Cəmiyyət » Lənkəranda Vətən müharibəsi şəhidinin xatirəsinə park salındı - Fotolar

reklam

Lənkəranda Vətən müharibəsi şəhidinin xatirəsinə park salındı - Fotolar

 Lənkəran rayonunda Vətən müharibəsi şəhidi Eşqin Hamlet oğlu Cəfərzadənin xatirəsi əbədiləşdirilib.

Bu gün, onun anadan olmasının 24-cü ildönümündə doğulduğu Darquba kəndində xatirəsinə salınmış parkın açılışı olub. Kənd sakinlərinin təşəbbüsü ilə salınan parkda şəhid əsgər Eşqin Cəfərzadəyə xatirə barelyefi qoyulub.

Açılış mərasimində şəhidin yaxınları, doğmaları ilə yanaşı, ictimaiyyət nümayəndələri və döyüşçü yoldaşları da iştirak ediblər.

Tədbirdə şəhidin həyat yoluna və Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa qısa nəzər salınıb.

Qeyd edək ki, E.Cəfərzadə 1997-ci il aprelin 20-də Lənkəran rayonunun Darquba kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra 2015-ci ildə həqiqi hərbi xidmətə yola düşüb. 2016-cı il Aprel döyüşlərinin fəal iştirakçısı olub. Lələtəpə və Talış kəndlərinin düşməndən geri alınmasında şücaət göstərib.

44 günlük Vətən müharibəsi başlayanda könüllü olaraq ordu sıralarına yazılıb. Topçu və manqa komandiri olan E.Cəfərzadənin döyüş yolu Hadrut, Suqovuşan, Cəbrayıl, Zəngilan, Füzuli və Qubadlıdan keçib. Oktyabrın 21-də Qubadlı rayonu uğrunda gedən döyüşlərdə şəhadətə yüksəlib.

Dövlət başçısının sərəncamı ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!













Paylaş:


Müəllif : Tarix:
20-04-2021, 20:53
Sikayət   


loading...
Загрузка...