Eldar Mahmudovun hərəkət trayektoriyası məhdudlaşdırıldı
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla bağlı qeyri-müəyyənlik arxa plana keçmək üzrədir. 2015-ci ilin oktyabrında, parlament seçkilərinə 2 həftə qalmış vəzifəsindən qəfil alınan Eldar Mahmudovun taleyi bir neçə dəfə çox ciddi şəkildə müzakirə mövzusu olub. Bu günə qədər sabiq nazirin həbs ediləcəyi ilə bağlı xeyli məlumat yayılıb. Eldar Mahmudovun hələ “MTN işi”nin ilk günlərində dövlət çevrilişinə hazırlaşdığı barədə iddialar yayılmışdı. Onun bu səbəbdən işdən çıxarıldığı və komandasının zərərsizləşdirildiyi deyilirdi. Bu iddiaların heç biri rəsmi şəkildə təkzib olunmayıb.
Onun azadlıqda qalması istər ictimaiyyətdə, istərsə də hakimiyyət daxilində ciddi narazılıq yaradıb. İctimaiyyət, xüsusən də bu və ya digər şəkildə yolu “mahmudovçularla” kəsişmiş sahibkarlar, məmurlar onun cəzasız qalmasını özlərinə təhlükə olaraq hiss etməkdədirlər. Eldar Mahmudovun həbsə aldığı Səid Dadaşbəyli və onunla birgə həbs edilənlər da bu sıradadır. Dadaşbəyli hazırda Eldar Mahmudova qarşı şikayət hazırladığını açıqlayıb. Hakimiyyətdə də bunu bilməmiş deyillər. Üstəlik, böyük bir güc nazirliyini rüşvət və korrupsiya yuvasına çevirmiş, dövlətin onurğa sütununa zərbə vurmuş bir nazirin azadlıqda qalması ilk növbədə dövlətin ziyanına işləyən amildir. 2017-ci ilin noyabrında Eldar Mahmudovun saxlanılmasına cəhd oldu. Onu Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə bir neçə dəfə çağırdılar. Məlum oldu ki, Eldar Mahmudovu cinayət işi üzrə dindiriblər. Bu dindirmədən əvvəl isə MTN-in Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant Vüqar Mahmudovu həbs etmişdilər. Vüqar Mahmudov Eldar Mahmudovun əmisi oğlu olmaqla bərabər onun köməkçisi olaraq sahibkarlardan aylıq toplanan xəracın bank hesablarına yerləşdirilməsi ilə məşğul olan biri kimi ad çıxarıb. Sonradan Vüqar Mahmudov həbsdən azad edildi. Bundan sonra hər kəsdə əminlik vardı ki, bir daha Eldar Mahmudov mövzusu gündəmə gəlməyəcək. Amma aprelin əvvəlində Eldar Mahmudovun komandasının ən önəmli fiqurları, sabiq idarə rəisləri, generallar Mövlam Şıxəliyev və Nizami Şirinov Cinayət Məcəlləsinin ağırlaşdırıcı hallarda hədə qorxu ilə tələb etmə, sübutları saxtalaşdırma, ağırlaşdırıcı hallarda rüşvət alma, ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham edilib qandallandılar.
Bundan sonra sabiq MTN şefinin başı üzərindəki qara buludlarının asanlıqla çəkilməyəcəyinə yəqinlik yaranıb. Artıq məlumatlar var ki, Eldar Mahmudov nəzarətə alınıb, hərəkət trayektoriyası məhdudlaşdırılıb. Generallarının bu dəfə onu ələ verəcəkləri istisna deyil. Çünki bir neçə il sonra yenilənmiş istintaq yalnız iki generalın həbsi ilə məhdudlaşmaya bilər.
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a deyib ki, Eldar Mahmudovun həbsi üçün əsaslar illərdir ki, ortadadır: “Yəni onun ən yaxın çevrəsinə daxil olan 2 generalın həbsinə qədər də, 2015-ci ildə də istintaqa cəlb etmək mümkün idi. İndiki halda həbs edilən hər iki general, xüsusilə İstintaq Baş İdarəsinin rəisi ”açar fiqur"dur. Siyasi qərar varsa, Eldar Mahmudovun həbsi qaçılmazdır".
Ekspert deyir ki, Eldar Mahmudovun və onun komandasına daxil olan şəxslərin həbsində istintaq müddətinin bitməsi o dərəcədə əhəmiyyətli deyil: “Azərbaycanda 5-10 il əvvəl baş verən, istintaqa cəlbetmə müddəti bitən cinayətlər olub ki, belə işlər üzrə şəxsləri həbs ediblər. General Rövşən Əkbərovu 20 il əvvəl törətdiyi cinayətə görə həbs etdilər. Eldar Mahmudovla bağlı da proses məntiqi sonluğuna doğru gedir”.
Ekspert Səid Dadaşbəyli və onunla birgə məhkum edilən şəxslərin müraciətləri əsasında da Eldar Mahmudova qarşı ittihamı irəli sürülməsini istisna etmədi: “Belə bir şikayət-müraciət olarsa, Hərbi Prokurorluq Eldar Mahmudova qarşı cinayət işi başlaya bilər. Cinayət işini ona görə Hərbi Prokurorluq aparmalıdır ki, bu adamlar həmin işləri edəndə hərbçi olublar. Səid Dadaşbəylinin mətbuat üzərindən müraciətləri ilə yanaşı rəsmi qaydada şikayətləri də olmalıdır. Düzdür, KİV-də gedən materiallara istinad edib araşdırma apara, cinayət işi başlaya bilərlər”.
Paylaş:
Müəllif : Fuad
Tarix:22-04-2021, 08:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:22-04-2021, 08:18
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24