reklam
Regionxeberlericom.az » Cəmiyyət » Fatimə Rəqsanəyə səsləndi: “Sözün varsa, üzünə de“

reklam

Fatimə Rəqsanəyə səsləndi: “Sözün varsa, üzünə de“


Rəqqasə Fatimə Fətəliyeva müğənni Rəqsanə İsmayılovanı tənqid edib.

Sənətçi "Hüseynova bacıları" proqramında ifaçının sənət adamlarına haqsızlıq etdiyini bildirib:

"Orada dediklərini görmədim. Görmədiyim şeydən necə danışa bilərəm? Getdim toyumu oxudum, hörmətlə qarşılayıb, yola saldılar. Kim nə etsə, öz adına layiq hərəkət edir. Kimisə qınamaq olmaz. 5 barmağın hamısı eyni deyil. Elə dəyərli sənət nümayəndələrimiz var ki, ailələri nümunə ola bilər. Amma "o" adda onlar da gedir. Düşünürlər ki, bu aləmdə olan insanları ailəyə dəvət etmək olmaz. Sabah bizi Moskavaya dəvət edəndə "salam" verməyə utanacam. Səbəb isə hamımız haqqında düzgün yolun adamı deyilik düşüncəsi olacaq. Belə demək olmaz. Sözün kimədirsə, hərəkətindən xoşun gəlmirsə, özünə zəng edib de".

Qeyd edək ki, Rəqsanə İsmayılova İnstaqramda canlı yayımda Rusiyada toya gedən müğənniləri tənqid edərək bu sözləri deyib:

"Toydan sonra evinizə gedin, başqa yerə yox. Azərbaycan müğənnisi, musiqiçisi bu gün öz hörmətlərini qoruyub saxlaya bilmirlər, puldan ötrü elə yerdə çıxış edirlər ki... Özlərinə hörmət qoysunlar. Puldan ötrü hər yerdə oxumaq olmaz, ayıbdır. Özlərinə elə bir qiymət qoyublar ki, utanıram".


Paylaş:


Müəllif : Tarix:
26-04-2021, 16:15
Sikayət   


loading...
Загрузка...