reklam
Regionxeberlericom.az » Cəmiyyət » Dializ və xroniki böyrək xəstələri peyvənd oluna bilərmi? - RƏSMİ

reklam

Dializ və xroniki böyrək xəstələri peyvənd oluna bilərmi? - RƏSMİ


Həm xroniki böyrək, həm dializ alan, həm də transplantasiya olunan xəstələr koronavirusa qarşı vaksinasiya oluna bilər.

Bunu Səhiyyə Nazirliyinin baş nefroloqu Fariz Babayev deyib.

O bildirib ki, lakin arterial hipertensiya və şəkərin qandakı miqdarının nəzarəti aparılmalıdır: "Xroniki böyrək xəstəlikləri, xüsusi ilə dializ müalicəsi alan və transplantasiya olunmuş xəstələr COVID-19 risk qrupuna aiddir. Xəstəliyin vaxtında müalicə olunması üçün həkimə müraciət etməli, yanaşı olaraq şəkərli diabet və hipertoniya xəstəliyi varsa, onların dərman korreksiyasına nail olmalı, hər hansı simptom baş verərsə dərhal həkimə müraciət etməlidir. Həm kəskin həm də xroniki böyrək xəstələri eyni dərəcədə COVID-19 risk qrupuna aiddir. Amma xroniki xəstəliyi olanlar daha çox həssas qrup hesab edilir.

Böyrək xəstəlikləri olan xəstələrdə COVID-19 infeksiyası baş verərsə, müalicə tədbirləri anoloji qaydada aparılır, lakin bəzi preparatların istifadəsinin həkim-nefroloq tərəfindən korreksiya edilməsi məsləhətdir".

Baş nefroloq deyib ki, xroniki böyrək xəstələri, dializ alan və transplantasiya olunan xəstələr xüsusilə məsuliyyətli olmalı, xəstəliyin ən az əlamətlərinə şübhə olduğu halda izolyasiya olunmalı və həkimə müraciət etməlidir. Əsasən də dializ olunan və transplantasiya əməliyyatı keçirmiş xəstələrdə daim immunodefisit vəziyyət olduğu üçün bu qrup xəstələrin ətraf ictimai mühitlə təmasları minimuma endirilməlidir.
 





Paylaş:


Müəllif : Tarix:
27-04-2021, 13:47
Sikayət   


loading...
Загрузка...