reklam
Regionxeberlericom.az » Cəmiyyət » Azərbaycanda daha 1 402 nəfər COVID-19-a yoluxdu

reklam

Azərbaycanda daha 1 402 nəfər COVID-19-a yoluxdu

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 402 yeni yoluxma faktı qeydə alınıb, 2 238 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 32 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 316 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 285 024 nəfər müalicə olunaraq sağalıb, 4 461 nəfər vəfat edib. 27 036 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 194, bu günə qədər isə ümumilikdə 3 218 111 test icra olunub.






Paylaş:


Müəllif : Tarix:
28-04-2021, 17:14
Sikayət   


loading...
Загрузка...