reklam
Regionxeberlericom.az » Cəmiyyət » Sürücülərə ŞAD XƏBƏR - AZƏRBAYCANDA İLK -VİDEO

reklam

Sürücülərə ŞAD XƏBƏR - AZƏRBAYCANDA İLK -VİDEO



Yol polisi və Bakı Nəqliyyat Agentliyinin əməkdaşı sürücüyə cərimə yazır, sürücü isə israrla qaydanı pozmadığını bildirir. Tanış mənzərədir, deyilmi?

Bu cür halla rastlaşmayan çox az sürücü tapılar:

- Mənim maşınımı bir dəfə cərimə meydançasına aparıblar. Halbuki protokol yaza bilərdilər. Amma dedi ki, cərimə meydançasına gedək. Onda da gedib çıxarmışam maşınımı. O zaman hüquqşünasa müraciət etmədim. Mən eşitdiyimə, bildiyimə görə, çox adam müraciət edir, amma haqsız çıxır.

- Saxlamışam ki, adam düşürüm, gəlib ondan ötrü cərimə yazıblar. Adamı düşürməyim də heç 2 saniyə çəkməyib. O formada cərimələnmişəm, amma yol polisi tərəfindən bu formada cərimələnməmişəm. Hüquqşünasa, hüquq xidmətlərinə müraciət etməmişəm.

- Bir neçə dəfə olub belə mübahisəli məsələ, amma hüquqşünasa müraciət etməmişəm. Sözümü elə yerindəcə demişəm. Belə bir hüquqi xidmət olmalıdır, məncə.

Müsahibimizin arzuladığı hüquqi xidmət isə artıq var. Azərbaycanda ilk dəfə maraqlı bir xidmət fəaliyyətə başlayıb.

“Norma” Hüquq Mərkəzi digər xidmətlərlə yanaşı sürücüləri də unutmayıb. Azərbaycanda ilk dəfə hüquq məsləhətxanası sürücü hüquqlarını qorumaq üçün xüsusi xidmət yaradıb. Hətta xidmət paketləşdirilib də. Paküti əldə edən sürücü bir il ərzində yolda sürücü kimi rastlaşdığı bütün problemlərlə bağlı şirkətdən limitsiz məsləhət ala bilir. Sığorta ödənişlərində yaranmış problemlər, p4rotokoldan şikayət edilməsi, sürücünün maşınla bağlı ortaya çıxan hüquqi məsələləri də bu xidmət vasitəsilə həll edilir. Özü də çox sərfəli qiymətə. Məsələn, sürücü hüququ ilə bağlı “Standart” paketin qiyməti cəmi 24 manatdır. Paketin 1 illik olduğunu nəzərə alsaq, aya cəmi 2 manat xidmət haqqı düşür. İstənilən hüquqşünasdan bir məsləhəti almağın qiyməti isə 30 manatdan başlayır.

Bu xidməti yaradan “Norma” Hüquq Mərkəzinin baş direktoru, hüquqşünas Şamil Paşayev deyir ki, xidmətin üstünlüklərindən biri də 24 saat fasiləsiz olmasıdır. Xidmət qoşulmaq isə olduqca sadədir: “Vətəndaş Norma.az saytına daxil olur və qeydiyyatdan keçir. Qeydiyyat prosedurunu çox sadə etmişik. Qeydiyyat punktları vətəndaşın adı, soyadı və telefon nömrəsindən ibarətdir. 3 addıma vətəndaş daxil ola və bu xidmətin abunəsinə çevrilə bilər. Əgər vətəndaş sürücü hüququ ilə bağlı hansısa paketi almaq istəyirsə, sürücü hüququ bölməsinə “tıklayır” və xidmət üçün ödəniş edir. Ödənişi Milli Ön aparatları və kart vasitəsilə də etmək mümkündür”.

Hüquq Mərkəzinin rəhbəri bildirir ki, Norma Azərbaycanda ilk dəfə hüquq xidmətlərini tam onlinelaşdırıb.

“Standart” paketə qoşulan vətəndaşlar sürücü hüquqları, yol hərəkəti qaydaları, inzibati və cinayət qanunvericiliyi haqda fasil\əsiz məsləhət ala biləcəklər. Sürücülər qayda pozuntularının qanunvericiliyə uyğun olub-olmamasının yoxlanılması, cərimələr barədə protokolların hüquqi analizi, icbari sığortada tərəflərin məsuliyyəti və sığorta ödənişlərinin alınması qaydaları barədə məsləhətlər ala bilər.

“Gold” paketə qoşulan vətəndaşlar “Standart” paketdəki xidmətlərdən əlavə, qəza zamanı ərizələrin, şikayətlərin və müraciətlərin hazırlanması, sığorta ödənişlərinin alınması üçün yazışmaların aparılması, məhkəmə orqanlarına şikayət ərizəsinin yazılması kimi xidmətlərdən faydalana bilər.

“Premium” paketdə isə yol-nəqliyyat hadisəsi zamanı təqsirləndirilən və ya zərərçəkən şəxs qismində cəlb edildikdə, onun hüquqlarının ibtidai istintaq zamanı peşəkar vəkil tərəfindən qorunması təşkil edilir.

Şamil Paşayev bildirir ki, qısa müddətdə xeyli sayda sürücü bu xidmətdən yararlanmaq üçün müraciət edib: “Xidmət Azərbaycanda bir ilkdir. Hazırda buna tələbat var. Vətəndaşlar günbəgün müraciət edirlər. Aktiv fəaliyyətimizə 2021-ci ildən, pandemiya dönəmindən sonra başlamışıq. Ümumilikdə isə təxminən bir ilə yaxındır fəaliyyət göstəririk. Yeni məhsul, yeni fikir olduğuna görə insanlar üçün, cəmiyyət üçün maraqlıdır”.

“Norma” Hüquq Mərkəzi fiziki və hüquqi şəxslərə başqa hüquqi xidmətlər də təqdim edir. Hazırda şirkət fiziki şəxslər üçün bütün hüquqi məsələlərlə bağlı online məsləhətlərin alınması qiymətlərində endirim edib. Şirkəıtin xidmətlərindən yararlanmaq istəyənlər norma.az saytı ilə yanaşı *0005 çağrı mərkəzi ilə də əlaqə saxlaya bilərlər.



Paylaş:


Müəllif : Tarix:
30-04-2021, 09:28
Sikayət   


loading...
Загрузка...