Bakıda tarixi binanın üzərində tikilən mansard sökülür - YENİLƏNİB + FOTO/VİDEO
Bakının Nəsimi rayonu 28 May küçəsində yerləşən tarixi binada tikilən qanunsuz mansard sökülür.
Söküntü işləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılır.
Tarixi bina üzərindəki qanunsuz tikili 2008-ci ildə inşa edilib. 1908-ci ildə tikilən tarixi binada qanunsuz tikilinin kim və ya kimlər tərəfindən edildiyi barədə araşdırma başlanılıb.
1908-ci ildə tikilən bina mühafizə olunan tarix və mədəniyyət abidələri siyahısındadır.Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Bakının 28 May küçəsində yerləşən 1908-ci ildə inşa edilmiş memarlıq binasında qanunsuz olaraq artırılan mansardla bağlı açıqlama verib.
Qurumun mətbuat katibi Fariz Hüseynov cavab olaraq bildirib ki, məsələ barədə dövlət xidməti tərəfindən araşdırmalar başladılıb:
“Nəticə barədə əlavə məlumat veriləcək”.
Sözügedən binada qanunsuz olaraq artırılan mansard bu gün söküləcək.
Ötən gün sosial şəbəkələrdə yayılan məlumatlardan sonra Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən məsələyə hüquqi qiymət verilməsi üçün göstəriş verilib.
Qeyd edək ki, tarixi bina azərbaycanlı milyonçu Musa Nağıyevin sifarişi ilə tikilib.(Oxu.az)
Paylaş:
Müəllif : Fuad
Tarix:30-04-2021, 16:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:30-04-2021, 16:20
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti