reklam
Regionxeberlericom.az » Cəmiyyət » Vaqif məqbərəsinin son görüntüsü - Bərpa işləri davam edirm + FOTO

reklam

Vaqif məqbərəsinin son görüntüsü - Bərpa işləri davam edirm + FOTO

Şuşada Molla Pənah Vaqifin erməni vandalizminə məruz qalmış muzey-məqbərə kompleksinin bərpası üçün görülən işlər davam edir.

Prosesdə iştirak edən şəxslərdən biri məqbərənin hazırkı durumunu əks etdirən foto göndərib.

Görüntüdən aydın olur ki, ermənilərin darmadağın etdiyi abidə möhtəşəm şəkildə yenilənir.

Təmirin iyul ayına qədər başa çatdırılacağı gözlənir. Prezident İlham Əliyevin göstərişinə əsasən, iyulda Vaqif poeziya günlərinin yenidən keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Şuşaya səfəri zamanı Vaqif məqbərəsini ziyarət etmiş, abidənin əvvəlkindən də yaxşı vəziyyətdə olacağına söz vermişdi.

Musavat.com xatırladır ki, məqbərənin tikintisi 1982-ci ildə başa çatdırılıb və abidənin açılışında o zaman Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi olan Heydər Əliyev iştirak edib.


Paylaş:


Müəllif : Tarix:
1-05-2021, 20:59
Sikayət   


loading...
Загрузка...