reklam
Regionxeberlericom.az » Cəmiyyət » Deputat Operativ Qərargahın bu qərarına etiraz etdi: “Birbaşa idraksızlıqla bağlı məsələdir“

reklam

Deputat Operativ Qərargahın bu qərarına etiraz etdi: “Birbaşa idraksızlıqla bağlı məsələdir“

"Ölkə prezidenti işğaldan azad olunmuş ərazilərdəki hərbi hissədəki əsgərlərimizin idman zalında ağırlıq alətlərini qaldırmaqla yalnız idmana, sağlam həyata insanların maraq göstərməsini təbliğ etmədi. Həm də Operativ Qərargaha mesaj göndərdi ki, idman zallarını açmaq lazımdır. İmkan verilsin ki, insanlar normal şəkildə idmanla məşğul ola bilsinlər. Prezident hər məsələ ilə bağlı fərman, sərəncam verməz ki? Bəzən ifadələrlə, jestlərə anlatmağa çalışır ki, nələri etmək vacibdir".

Bu barədə millət vəkili Fazil Mustafa bildirib.

O qeyd edib ki, qapalı idman zallarının bağlı saxlanmasının pandemiya ilə yaxından-uzaqdan əlaqəsi yoxdur:

"Bizdə çevik jurnalistika da yoxa çıxmış kimidir. Olsaydı, Operativ Qərargahdakı səlahiyyət sahiblərindən ölkə prezidentinin idmanla bağlı verdiyi mesajı necə anladıqlarını dərhal soruşardılar. Görək Prezidentin bu anlamlı davranışından doğru nəticə çıxarıb açacaqlarmı idman zallarını? Yoxsa absurd yanaşmanı bundan sonra da davam etdirəcəklər? Qapalı idman zallarının bağlı saxlanmasının pandemiya ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Birbaşa idraksızlıqla bağlı məsələdir. Əks halda bu qərarın indiyədək normal izahını verərdilər".


Paylaş:


Müəllif : Tarix:
2-05-2021, 09:40
Sikayət   


loading...
Загрузка...