İtkin hərbçimizin şəhid olduğu müəyyənləşdi
Vətən müharibəsində itkin düşmüş daha bir hərbçimizin şəxsiyyəti müəyyənləşdirilərək, meyitinin aidiyyəti üzrə verilməsi təmin olunub.
Respublika Hərbi Prokurorluğundan Modern.az-a verilən məlumata görə, 2020-ci il noyabrın 10-da atəşkəs elan olunduqdan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq doğmalarına təhvil verilməsi istiqamətində intensiv əməliyyat-istintaq hərəkətləri davam etdirilir.
Ötən dövr ərzində şahidlərin dindirilməsi və ifadələrinin yerində yoxlanılması, mobil telefon nömrələrinin anten məlumatlarının götürülməsi və digər zəruri istintaq hərəkətlərinin icrası yolu ilə itkin düşmüş hərbi qulluqçuların meyitlərinin olduğu ərazilər, o cümlədən basdırıldığı yerlər müəyyən edilərək, müvafiq qaydada götürülüb, müayinə olunub və şəxsiyyətləri müəyyən edilərək yaxınlarına təhvil verilib.
Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən bundan əvvəl verilmiş məlumatlara əlavə olaraq bildirilib ki, birgə həyata keçirilmiş istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçunun-leytenant Yusifov Əli Süləddin oğlunun şəxsiyyəti müəyyənləşdirilərək, meyitinin aidiyyəti üzrə verilməsi təmin olunub.
Şəhidimiz Şərur rayonunun Oğuz kəndindəndir. Onun evin tək oğlu olduğu bildirilir.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-05-2021, 12:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:3-05-2021, 12:20
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti