reklam
Regionxeberlericom.az » Cəmiyyət » Diplomatın faciəli ölümü şok yaşatdı - Təfərrüatlar açıqlanmır

reklam

Diplomatın faciəli ölümü şok yaşatdı - Təfərrüatlar açıqlanmır

İsveçrə Xarici İşlər Nazirliyi Tehrandakı səfirlik işçisinin ölümünü təsdiqləyib.

XİN hadisəni “qəza” adlandırıb və intihar fərziyyəsini təkzib edib.

İsveçrənin xarici işlər naziri İqnasio Kassis “faciəli ölümdən şoka düşdüyünü” bildirərək diplomatın ailəsinə dərin hüznlə başsağlığı verib.

“Reuters”-in məlumatına görə, nazir hadisə ilə bağlı qadın diplomatın ailəsi və İran rəsmiləri ilə təmasda olduğunu bəyanatına əlavə edib. Lakin rəsmi Bern diplomatla bağlı təfərrüatları, o cümlədən adını açıqlamayıb.

“Fars” agentliyinin məlumata görə, İsveçrənin Tehrandakı səfirliyinin birinci katibinin ölümü ilə bağlı İran XİN də bəyanat yayıb. Bəyanatda başsağlığı verilməklə bərabər, məsələnin səlahiyyətli orqanlar tərəfindən araşdırıldığı və istintaqın nəticələrinin daha sonra açıqlanacağı bildirilir.

Bundan əvvəl ölkənin Fövqəladə Hallar Nazirliyinin sözçüsü Müctəba xalidi Tehrandakı Kamraniyə məhəlləsində yerləşən göydələn binanın 18-ci mərtəbəsindən bir qadının yıxıldığını açıqlayıb. O bildirib: “Hələ ki, ölümün intihar və ya qəza olduğu bilinmir”.

Diplomat qadının yoxluğunu bu gün onun evində işləyən xadimə aşkarlayıb. Bir neçə dəqiqə sonra polisə binanın yanında qadın meyitinin tapılması xəbər verilib. Daha sonra 52 yaşlı qadının İsveçrə səfirliyinin birinci katibi olduğu müəyyənləşib.


Paylaş:


Müəllif : Tarix:
4-05-2021, 16:19
Sikayət   


loading...
Загрузка...