Sabah karantin rejimi ilə bağlı hansı qərarlar verilə bilər? - "Artıq təhlükə yoxdur..."
Sabah-mayın 6-da uzun müddət fasilədən sonra Operativ Qərərgahın növbəti brifinqi keçiriləcək.
Prezident Administrasiyası tərəfindən jurnaistlərə artıq dəvət göndərilib. Brifinqdə sərtləşdirilmiş karantin rejimi ilə bağlı yeniklərin elan olunacağı gözlənilir.
Bu arada son məlumata görə, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 080 yeni yoluxma faktı qeydə alınıb, 2 074 nəfər müalicə olunaraq sağalıb. Yəni, yoluxma və saxğalma statistikasında müsbət dinamika möhkəmlənib.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1566106, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 987962, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 578144 təşkil edir.
Operativ Qərəgahın hansı yenilikləri açıqlayacağı bəlli olmasa da artıq gələn həftədən qeyri-iş günlərində ictimai nəqliyyatın fəaliyyətinin qadağan olunacağı barədə qərar verilib.
Belə ki, bazar günü saat 00:00-dan 16 may saat 06:00-dək ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq. Nazirlər Kabinetinin iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirərək həmin müddətdə ictimai nəqliyyatın da fəaliyyətini dayandırıb.
Millət vəkili Vüqar Bayramov hesab edir ki, hələlik heç bir ölkədə və eləcə də elmi araşdırmalarda qeyri-iş günlərində və eləcə də həftəsonlarında ictimai nəqliyyatın işləməməsinin yoluxma sayına təsirlərini ölçə bilən konkret metodlar yoxdur.
"Digər tərəfdən, oxşar praktikadan, yəni ictimai nəqliyyatın fəaliyyətinə icazə verilməməsi, bu il Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində də istifadə olunmuşdur. Amma qeyri-iş günlərindən sonra biz ölkəmizdə yoluxma sayının artmasını müşahidə etdik", -deyə deputat vurğulayıb.
V. Bayramov hesab edir ki, bu baxımdan, qeyri-iş günlərində və həftəsonlarında ictimai nəqliyyatın fəaliyyətinin bərpası məqsədə uyğun olardı: "Bir sıra inkişaf etməkdə olan ölkələrin praktikasını nəzərə alsaq, pandemiya dövründə qeyri-iş günlərində ictimai nəqliyyat fəaliyyətini dayandırmır, sadəcə müddəti qısa olur. Xüsusən də günün aktiv saatlarında nəqliyyatın işinin bərpası daha məqsədəuyğun olardı. Bu qeyri-iş günlərində müşahidə olunan nəqliyyat probleminin həllinə gətirib çıxara bilər".
Həkim, markoloq Müşfiq Hüseynov "AzPolitika.info"-ya şərhində xatırladıb ki, bir müddət ölkədə yoluxma sayında stabilləşmə dövrü oldu və indi azalma gedir. Onun sözlərinə görə, qarşıdakı 10-12 gün ərzində sönmə prosesi davam edəcək.
"Hesab edirəm ki, bundan sonra ictimai nəqliyyatın fəaliyyətinə qadağa qoyulmasının mənası yoxdur. Burada məqsəd nədir ki? Zatən metro işləmir, avtobuslar isə həmişə işləyib. Əksinə, bundan sonra metronun fəaliyyətinin bərpa olunmasına ehtiyac var. Ən azından səhər saat 8-11, axşam isə 5-11 arası metro işləməlidir. Çünki mayın ikinci yarısından sonra biz yoluxma ilə bağlı kiçik rəqəmlərin şahidi olacağıq",-deyə mütəxəssis vurğulayıb.
M. Hüseynov mayın 15-dən sonra karantin rejiminin mərhələ-mərhələ aradan qaldırılmasını gözlədiyini ifadə edib: "Artıq təhlükə görmürəm, bütün iş yerləri, AVM-lərin, ticarət mərkəzlərinin fəaliyyəti bərpa olunmalıdır. 50-100 nəfərlik toy məclislərinə də icazə verilməlidir. Mən artıq koronavirus təhlükəsinə birmiş məsələ kimi baxıram. Həyatın təbii axarı bərpa olunmalıdır. Çünki ötən müddətdə həm əhalinin böyük bir hissəsi yoluxdu, həm də peyvənd olunanların sayı kifayət qədər ciddi rəqəmdir".
Həkim tövsiyyə edir ki, keçən ilin yayındakı karantin rejiminə qəti şəkildə getmək olmaz: "Ötən yay camat havasız, dənizsiz qaldı. Məhz payız-qış aylarında pandemik şəraitin ağır keçməsi, xəstə və ölüm sayının çox olmasının əsas səbəbi Operativ Qərərgahın yayda təbiq etdiyi karantin rejimi idi. İnsanları evə qapatmağın nəticəsi pis oldu".
Paylaş:
Müəllif : Fuad
Tarix:5-05-2021, 20:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:5-05-2021, 20:46
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Bu gün, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Bu gün, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Bu gün, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
24-12-2024, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
24-12-2024, 11:29