Barəsində edilən şikayətə “Azercell Telekom” MMC tərəfindən cavab verildi
Ötən gün RegionXeberler.com saytında Ucar rayonu Yuxarı Şilyan kənd sakini Yusifova Xanım Mütdəlif qızının şikayəti dərc edilmişdi. Narazı vətəndaş şikayət ərizəsində “Azercell Telekom” MMC ilə aralarında bağlanmış icarə müqaviləsinin qanunsuz olduğunu qeyd etmişdir.
“Azercell Telekom” MMC barəsində edilən şikayətin əsassız olması barədə regionxeberlericom.az-un elektron poçtuna göndərdiyi məktubda aşağıdakıları qeyd edib;
“07.12.2018-ci il tarixində Yusifova Xanım Mütdəlif qızının tələbi ilə icarə üzrə iki illik ödəniş bir dəfəyə öncədən icra edilib. Daha sonra Yusifova Xanım Mütdəlif qızı tərəfindən ödənişin artırılması ilə bağlı şirkətimizə müraciətinə cavabda zona üzrə təyin olunan maksimal məbləğ ödənildiyindən, müqavilə qiymətinin artırılmasının mümkün olmadığı sonuncuya bildirilib.
Bundan savayı qeyd edilməlidir ki, radio-baza stansiyalarının fəaliyyəti yeni texnologiyalar əsasında ölkədə telekommunikasiya infrastrukturunun müasirləşdirilməsinə və inkişaf etdirilməsinə, respublikanın bütün ərazisi üzrə fiziki və hüquqi şəxslərin telekommunikasiya xidmətlərinə çıxışının təmin olunmasına istiqamətlənməklə «Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya»nın yerləşdiyi ərazidən asılı olmayaraq, bütün əhalini və təşkilatları birləşdirən yüksəksürətli dayanıqlı, təhlükəsiz genişzolaqlı şəbəkənin qurulması və onun əsasında, kənd yaşayış məntəqələri də daxil olmaqla, ölkə ərazisində genişzolaqlı, ucuz və keyfiyyətli xidmətlərin göstərilməsini nəzərdə tutan 7.2.1-ci bəndindən irəli gələn vəzifələrin icrasına bilavasitə xidmət edir”.
regionxeberlericom.az
Paylaş:
Müəllif : Redaktor
Tarix:31-05-2019, 11:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:31-05-2019, 11:09
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti