Əyani təhsilin 25 günlük bərpasında məqsəd nədir? - Ekspertlər də qərarın səbəbini anlamaqda çətinlik çəkir
Təhsil Nazirliyi Kollegiyasının qərarına əsasən Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində 17 may tarixindən əyani tədris forması qismən bərpa ediləcək.
Məktəblərin fəaliyyətinin dayandırılmasına bir aydan da az müddət qalmış belə bir qərarın verilməsində məqsəd nədir? Bir ay ərzində məktəblərdə dərslərin keçirilməsi şagirdlərə nə qazandıracaq?
Təhsil eksperti Qoşqar Məhərrəmov “Press Klub”a açıqlamasında qərarın gözlənilməz olduğunu söylədi:
“Məktəblərin açılması ilə bağlı verilən qərar bir qədər sürpriz oldu. Çünki hazırda ölkədə yoluxma statistikası elə də aşağı deyil. Narahatlıq var ki, bayram sonrası məktəblər açıldıqda yoluxma sayı arta bilər. Fikrimcə, məktəblərin 21 günlük yenidən açılması nəyisə yaxşılaşdırmayacaq. Şagirdlərin təhsilə əlçatanlığının 21 günlük təmin olunması ilə tam olaraq heç nə dəyişməyəcək. Bir sözlə, məktəblərin 21 günlük açılmasının bir mahiyyəti olmayacaq”.
Ekspertin fikrincə, qərar şagirdlərin məktəbi bu cür təəssüratla bitirmələrinin qarşısını almaq məqsədi daşıyır:
“Yəni şagirdlər düşünməsin ki, məktəbi onlayn başa vurdular. Məktəbin yekunu onlayn deyil, ənənəvi formada olacaq. Yoluxma sayının azaldığı bir vaxtda məktəblərin açılması yaxşı haldır. Lakin yay tətilinə üç həftə qalmış məktəblərin açılması bir qədər şübhə yaradır. İnsanlar bu qərarın məna və mahiyyətinin nədən ibarət olması haqqında düşünürlər. Ümid edirik ki, qərar şagirdlərimiz üçün yaxşı olacaq”.
Məhərrəmov düşünür ki, risklər tam aradan qalxana qədər gözləməli idik:
“Yay tətili boyunca vaksinləşmənin daha geniş yayılması və bütün pedaqoji işçilərin peyvəndlənməsindən sonra bəlkə də yoluxma sayında ciddi azalma müşahidə etmiş olardıq. Hazırda vaksinasiyaya cəlb olunan insanlar arasında pedaqoji heyət azdır. Yenə də məktəblərdə yoluxma hadisəsi baş verə bilər. Bu isə insanlarda yenə çaşqınlıq yaradacaq. Əslində 9-11-ci siniflərin ənənəvi təhsilə daha çox ehtiyacı var. Lakin onlar üçün məhdudiyyətlər hələ də qalmaqdadır. Həmin siniflərin dərsləri yenə də onlayn şəkildə davam etdiriləcək.”
Həkim-farmakoloq Müşfiq Hüseynov “Press Klub”a şərhində məktəblərin belə bir vaxtda açılmasının bir mənası olmadığını bildirdi:
“Dərslər adətən mayın 30-da bitmiş olur. Bu, daha çox karantin rejiminin qismən aradan qaldırılmasına bənzəyir”.
Həkim əlavə etdi ki, bu gün 18 yaş qrupuna daxil olanların peyvəndlənməsi prosesinə başlanılır:
“Bunun üçün ən ideal zaman elə məktəb vaxtıdır. Əgər məktəblər bu məqsədlə açılırsa, bu qərarı ancaq alqışlamaq düşür. Çünki heç bir poliklinika bunun öhdəsindən gələ bilməz. Uşaqların və müəllimlərin tamamı peyvəndlənsə, sentyabrın 15-i yeni tədris ilinə tam başlamaq olar. Yəni məqsəd budursa, alqışlayıram. Yox, əgər məqsəd karantin rejimini bitirməkdə bir həlqədirsə, o zaman bu, formal qərardır. Heç bir işə yaramayacaq”.
Paylaş:
Müəllif : Yazar
Tarix:11-05-2021, 09:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:11-05-2021, 09:18
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
Bu gün, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
Dünən, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Dünən, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Dünən, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Dünən, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Dünən, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
25-12-2024, 17:50