reklam
Regionxeberlericom.az » Cəmiyyət » Azərbaycanla Ermənistan arasında 6 saatlıq danışıqlar yekunlaşıb? - Qaragöl GƏRGİNLİYİ

reklam

Azərbaycanla Ermənistan arasında 6 saatlıq danışıqlar yekunlaşıb? - Qaragöl GƏRGİNLİYİ


Ermənistanın Zəngəzur vilayətinin sərhədyanı Xndzoresk kəndində aparılan danışıqlar ötən gün gecə saatlarında başa çatıb.

Bu barədə “Azadlıq Radiosu”nun erməni xidməti məlumat yayıb.

6 saatdan çox davam edən danışıqlarda erməni tərəfindən Müdafiə Nazirliyinin və Milli Təhlükəsizlik Xidmətinin nümayəndələri, habelə yüksək rütbəli Rusiya hərbçiləri iştirak ediblər.

Digər təfərrüatlar açıqlanmır.

Sünik qubernatoru Melikset Poqosyan təkcə danışıqların aparılması faktını təsdiq etməklə kifayətlənib.

Hazırda mübahisə və gərginlik predmetinə çevrilmiş, yüksək dağlıq ərazilərdə, İşıqlı dağında, dəniz səviyyəsindən 2658 metr yüksəklikdə yerləşən Qaragöl gölünü də əhatə edən ərazilər əslində Azərbaycan SSR Nazirlər Sovetinin 17 noyabr 1987-ci il tarixli qərarı ilə yaradılan Qaragöl Dövlət Qoruğunun ərazisidir. Pravda.az


Paylaş:


Müəllif : Tarix:
14-05-2021, 22:09
Sikayət   


loading...
Загрузка...