Sahibkarların, abonentlərin qorxulu “ASAN kommunal xidmət” kabusu
Sahibkarlığın inkişafına təhlükəsizlik , yoxsa enerji təchizatı orqanları daha təhlükəlidir?
Təbii inhisarçı kommunal xidmət qurumlarının inhisarçı mövqelərindən yararlanaraq abonentləri, özəlliklə sahibkarları şişirtmə, qanunsuz ödənişlər ödəməyə məcbur etmələrini “Azərsu” ASC-nin və “Azəriqaz” İstehsalat Birliyinin timsalında diqqətə çatdırmışdıq. Sıra “Azərişıq” ASC-nindir. Ədalət adına əvvəllər bu qurumun qanunvericiliyin tələblərinə digər iki qurumdan daha ciddi əməl etdiyini vurğulayaq. Di gəl, son çağlarda “Azərişıq”ın əhalini ən çox narazı salan xidmət sahəsinə çevrilməsini “başına gələnlərdən başmaqçı olanlar” yaxşı bilirlər. “Başmaqçılar” isə ölkə əhalisinin, demək olar, hamısını əhatə edir. Ən maraqlısı , daha doğrusu, acınacaqlısı vətəndaşların “Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” – “ASAN XİDMƏT” yolu ilə aldadılmasıdır. İnsanlar zorla “ASAN kommunal xidmət” mərkəzlərinin saxta xidmətindən yararlanmağa məcbur edilir və qanunda nəzərdə tutulmayan, hətta astronomik məbləğdə ödəniş tələb edilərək , faktiki qanunsuz ödənişlərin “asan yolla alınması xidmətini “ həyata keçirirlər. Belə çıxır, qurumun özünün təbii inhisarçı olması bir yana, zorla “ASAN XİDMƏT”mərkəzlərini də inhisarlaşdırırlar? Axı, vətəndaşdan hansısa qurumun xidmətindən mütləq “ASAN XİDMƏT” mərkəzində yararlanmasını tələb etmək və buna məcbur etmək monopoliyadan -inhisarçılıqdan özgə bir şey deyil. Təsəvvür edin, hansısa ucqar yaşayış bölgəsindən sahibkarı, məişət abonentini Bakıya “ASAN XİDMƏT” mərkəzindən işıq, su, qaz üçün texniki şərt almağa məcbur edirlər. Hələ yaxşı ki, Naxçıvanda bu qaydalar tətbiq olunmur ! Sahibkarın, abonentin pulu elə yol xərcinə gedər ki! ? Özü də “ASAN kommunal xidmət “ mərkəzindən işıq , su , qaz çəkiləcək sahəyə texniki şərt yox, mütəxəssis göndərilir və bu mütəxəssis də ağzına gələn smetanı tərtib edib “ ASAN XİDMƏT “ə təqdim edir. Daha bunun nəyi “asan xidmət” oldu? Əksinə, bunun adı zorakı xidmətdir. Uzağa getməyək , elə Bakıda – Badamdardakı evində işıq sayğacının görünməyən yerdən evin arxasından önünə dəyişdirilməsinə görə “ASAN kommunal xidmət” mərkəzində vətəndaşdan nə az- nə çöx , 1323 (min üç yüz iyirmi üç) manat tələb edilməsi işıq reketliyinə misaldır. “Azərişıq” ASC-nin layihə -smeta və satınalmalarla iş bölməsinin rəisi Z.Məmmədov 21 qəpiklik sayğac möhürün açılıb-bağlanmasının 20 manata, bu açılıb -bağlanma ilə bağlı tikinti-quraşdırma işlərinin (??)isə 254,07 manata, əlavə dəyər vergisi(ƏDV) ilə birlikdə 323,66 manata başa gəlməsini layihələndirib. Bu da son deyil. Rəis 6 metr uzunluğunda olan evi bir metrini 4,79 manatdan hesabladığı 60 metrlik kabel və digər avadanlıqlar ilə təchiz etməyə görə ƏDV ilə birgə 999, 36 manat , toplam 1323,02 manat gərək olduğunu 28.01.2019 tarixli smetada imzası ilə təsdiq edib. “Elektroenergetika haqqında “ 03.04.1998 tarixli Azərbaycan Respublikası Qanununun 11 -ci və “Elektrik enerjisindən istifadə qaydaları haqqında” NK-nın 02.02.2005 tarixli 18 saylı qərarının 7.9 bəndinə əsasən fiziki şəxslərə enerji təchizatı müəssisəsinin hesabına verilən, quraşdırılan və dəyişdirilən, ortalıq 200 manatlıq sayğacın evin arxasından önünə dəyişdirilməsinə görə abonentdən sayğacın qiymətindən 6,6 dəfə çox qanunsuz 1323 manat ödəniş görün necə “asanlıqla” “layihə-smetalandırılır”! “Elektrik enerjisindən istifadə qaydaları haqqında “ Nazirlər Kabinetinin sözügedən qərarının 7.11 -ci maddəsinə görə, mənzilin çölündə quraşdırılan elektrik sayğaclarının və üzərindəki plomblarının qorunmasına enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır və bu müəssisə abonenti sayğac göstəricilərinə baxış keçirməsinə şərait yaratmağa borcludur. Başqa sözlə, vətəndaş abonentdən sayğacın yerinin dəyişdirilməsinə görə ödəniş tələb edilməsi və bu ödənişin “ASAN” yolla minlərlə manata layihələndirilməsi qanunsuzdur.
Ötən ildən vətəndaşların , sahibkarların başı üzərində dolaşan qorxulu “ASAN kommunal xidmət” kabusu “ qoşulma haqqı “ xidmətində özünü daha qabarıq göstərir. Təsəvvür edin, on illərdir elektrik şəbəkəsinə qoşulmuş istehlakçıları yeni texniki şərt almağı tələb edib 30 -40 min arasında qoşulma haqqı ödəməyə məcbur edirlər . İmtina edənlər şəbəkədən ayrılır və sahibkarlıq fəaliyyətləri məhdudlaşdırılır. Halbuki , NK-nın 27.08.2013 tarixli 234 saylı “İstehlakçıların elektrik enerjisi (gücü )
alması üçün texniki şərtlərin verilməsi və enerji şəbəkələrinə qoşulması Qaydaları”ının 1.3 bəndinə görə , bu Qaydaların heç bir müddəası sifarişçinin mənafeyini ağırlaşdıran formada təfsir edilə bilməz; 1.5 bəndinə əsasən, bu Qaydalar qüvvəyə minənədək enerji təchizatı şəbəkəsinə qoşulmuş (sayğac quraşdırılmış ) istehlakçılara onun müddəaları şamil olunmur və 1.9 bəndinə görə, texniki şərtin hazırlanması üçün haqq ödənilmir. İşıq məmurları isə layihə -smeta sənədlərinin hazırlanması adı ilə nəinki sahibkarlardan, hətta məişət abonentlərindən, əlil, şəhid, köçkün ailələrindən ƏDV də hesablamaqla texniki şərt üçün əsaslandırılmamış qanunsuz haqq alırlar. Son çağlar isə, vurğuladığımız kimi, qoşulma haqqı tələb edilməsi “dəbdədir”. Hətta bu haqqın köhnə tarixə tətbiq edilməsi halları var. Maraqlıdır , sifarişçi öz hesabına bütün işləri görürsə, üstəlik niyə qoşulma haqqı da ödəməlidir? Fikrimizcə , bu haqqı işıq məmurları NK -nın qərarına saldırıb. Özü də məişət abonentlərinin də bu haqqı ödəməyə məcbur edilməsi ciddi narahatlıq doğurur. Gerçəkdə isə qoşulma haqqı ərazi planlaşdırılması aparılmayan sahələrdə yeni tikililərə aiddir ki, burada da əlil, şəhid, köçkün ailələrinin infrastrukturla təminaı dövlət sifarişi sayıldığından təbiii ki, qoşulma haqqı da tətbiq edilə bilməz.
Keçmiş MTN reketləri oliqarx sahibkarları hədəf almışdı, işıq reketliyinin hədəfində isə sıradan vətəndaşlar, sahibkarlardır. Hansının daha təhlükəli təhlükəsizlik xidməti olduğunu oxucuların ixtiyarına buraxırıq.
Məğrur Bədəlsoy
Paylaş:
Müəllif : Redaktor
Tarix:1-06-2019, 10:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:1-06-2019, 10:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti