reklam
Regionxeberlericom.az » Cəmiyyət » "Azərbaycan hərbi əsirlərin hamısını geri qaytarıb" - XİN

reklam

"Azərbaycan hərbi əsirlərin hamısını geri qaytarıb" - XİN


"Ermənistanın Azərbaycanı erməni “hərbi əsirlərin” saxlanmasında davamlı ittiham edən yalan və iftira dolu iddiaları tərəfimizdən mütəmadi qaydada cavablandırılır. Vurğulamaq istərdim ki, Azərbaycan beynəlxalq hüququn aliliyinə, o cümlədən məhbusların tutulması əməliyyatları və onlarla rəftara aid olan beynəlxalq humanitar hüquq və beynəlxalq insan hüquqları üzrə öhdəliklərinə riayət etməyə sadiqdir".

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

Üçtərəfli bəyanatda nəzərdə tutulduğu kimi və beynəlxalq humanitar hüquqa əsasən üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, Azərbaycan hərbi əsir statusu olan bütün erməniləri sərbəst buraxıb və geri qaytarıb.

Hazırda Azərbaycanda, bütün hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından bir neçə həftə sonra Azərbaycan ərazisinə qanunsuz göndərilən erməni təxribatçıları həbsdə saxlanılır. Azərbaycanın topladığı məlumatlar və dəlillərə əsasən, noyabr ayının son 10 günündə döyüş əməliyyatları bitdikdən sonra Ermənistanın Şirak bölgəsindən 60 nəfərdən çox dəstə Azərbaycan ərazilərinə göndərildi. Bu dəstə 2020-ci ilin noyabr ayının sonu və dekabr ayı da daxil olmaqla, Azərbaycan mülki şəxslərinə və hərbi qulluqçularına qarşı terror hücumları həyata keçirərək 4 azərbaycanlı hərbçini öldürdü və erməni işğalı illərində dağıdılmış bölgədəki rabitə xətlərinin bərpası üçün sadəcə öz işini görən və mobil rabitə şirkətinin əməkdaşı olan bir mülki şəxsi isə ağır yaraladı.

Azərbaycan bu şəxsləri həm beynəlxalq, həm də daxili hüquqa uyğun olaraq qanuni əsasda həbsdə saxlayır, onlar Azərbaycan qanunvericiliyinə uyğun olaraq, törədilmiş qətl, təxribat və digər cinayətlərə görə mühakimə olunurlar. Qanunlara uyğun olaraq hazırda Azərbaycan, 44 gün davam edən Vətən Müharibəsindən sonra tutulan bütün şəxslərlə bağlı onlara qarşı olan dəlilləri qiymətləndirməklə ətraflı araşdırma aparır. 4 may 2021-ci ildə ölkəmiz humanitar addım qismində, saxlanılan şəxslərdən 3-nü ittihamlar irəli sürmədən Ermənistana qaytardı.

Ermənistanın davamlı şəkildə məsələni yanlış təqdim etdiyini nəzərə alaraq, ölkəmiz saxlanılan şəxslərin saxlanma səbəbləri, şəraiti və onlarla rəftar ilə bağlı daha çox şəffaflığı təmin edərək, araşdırmanı davam etdirir. Azərbaycan, o cümlədən məhbuslara insani münasibət göstərilməsi və onlarla ədalətli və qanuni şəkildə rəftarı təmin etməklə, bu xüsusda üzərinə götürdüyü beynəlxalq öhdəliklərini yerinə yetirməyə sadiq qalır.


Paylaş:


Müəllif : Tarix:
19-05-2021, 13:33
Sikayət   


loading...
Загрузка...