24 illik arvadını gənc oğlanla yazışarkən tutdu, hamamda çılpaq yaxaladı və... - Azərbaycanda DƏHŞƏT
İsmayıllı rayonunda arvadını öldürməyə cəhd etməkdə təqsirli bilinən 1968-ci il təvəllüdlü Şamil Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Şamil Hacıyev 2 avqust 2016-cı ildə, arvadı Humay Hacıyevanın istifadəsində olan "Samsung" markalı mobil telefonda Vatsap proqramına baxıb.
Sevgi mesajları
Bu zaman Şamil arvadından Vasif Aslanova, Vasifdən isə arvadına, bir-birindən xoşları gəldiyi və bir-birilərini sevdikləri barədə qarşılıqlı SMS-lər yazdıqlarını görüb. O, Vasifin kim olduğunu, onunla hansı səbəbdən sevgi barədə yazışdığını soruşub.
Bu səbəbdən sonrakı günlərdə aralarında mübahisələr mütəmadi davam edib.
Hamamda qanlı olay
Humay Hаcıyevаnın Vasiflə münasibətlərinə dözməyən Şamil sentyabrın 4-də, saat 17-də İsmayıllı rayonunun Sərsurə kəndində, yaşadığı evin həyətində hamamda çimən arvadını öldürmək üçün xəncərlə silahlanıb və hamama daxil olub.
Şamil hamamda arvadının qarın nahiyəsindən xəncərlə bir zərbə vurub, ikinci dəfə təkrar vurmaq istədikdə Humay Hacıyeva zərbənin qarşısını almaq üçün sağ əli ilə xəncərin tiyəsindən tutub və hamamdan çıxmaq istəyib.
Ər meşəyə qaçdı
Lakin Şamil Hаcıyev yuyunma otağından ona çıxmağa imkan verməyib, qapının arxasında saçından tutub, xəncərlə sağ böyrək nahiyəsindən ikinci dəfə vurub.
Bu vaxt Humay Hаcıyevаnın qışqırıq səsinə oğlu Osman gəlib, bunu görən Şamil Hаcıyev oradan çıxaraq evinin yaxınlığındakı meşəyə gedib.
Humay Hacıyevanın dayısı Nizami Hacıyevin avtomaşını ilə xəstəxanaya çatdırılaraq həkimlərin tibbi yardımı nəticəsində həyatı xilas edilib.
Cinayət işi açıldı
İstintaq orqanı tərəfindən Şamil Hacıyevin barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şamil Hacıyev elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.
"İstəsən telefona baxa bilərsən"
O, qeyd edib ki, 1994-cü ildə Humay Hacıyeva ilə ailə həyatı qurub, birgə nikahlarından 1996-cı il təvəllüdlü qızı Röya və 2001-ci il təvəllüdlü oğlu Osman doğulub: "Аrvadımla əvvəllər münasibətlərimiz yaxşı olsa da, son bir il olar ki, ailəmizin maddi durumu ilə əlaqədar aramızda hərdən mübahisələr olub. Arvadımın mobil telefonuna son günlər zənglər gəldikdə, o telefonunu söndürüb, yanımda danışmayıb. Bu səbəbdən ona qarşı şübhələrim yaranıb. Şübhələndiyimi hiss etdiyindən Humay "istəsən telefona baxa bilərsən", - deyə bildirdi".
"Sevgi mesajlarını oxudum"
Şamil Hacıyev bildirib ki, avqustun 2-də evində televizora baxıb, Humay hamamda başını yuyub və onun "Samsung" markalı telefonu qarşısındakı stolun üzərində olub: "Maraqlanmaq üçün telefonu götürdüm, Vatsapa baxanda, arvadımdan Vasif adlı şəxsə, Vasifdən isə arvadıma, bir-birilərindən xoşları gəlməsi və bir-birilərini sevmələri barədə yazılar yazdıqlarını gördüm. Bu yazıları gördüyümdən Vasifin kim olduğunu, onunla hansı səbəbdən sevgi barədə yazışdığını Humaydan soruşdum. Humay əvvəlcə həmin yazıların səhv olduğunu, Vasifə ünvanlanmadığını dedi, yenidən israrla soruşduğum üçün o, etiraf edərək bildirdi ki, düzgün hərəkət etməyib, bir səhv edib".
"Qışqıracağam ki, arvadım əxlaqsızlıqla məşğul olur"
Şamil Hacıyevin sözlərinə görə, evdən paltarlarını götürərək çıxmaq istəyib: "Bu zaman qızım Röya mənə mane olmağa çalışdı, bildirdi ki, "anam belə iş tutmaz, əgər belə iş tutubsa o, zaman boşanarsınız". Qızımın sözünə qulaq asmadım. Daha orada qalmayaraq yaxınlıqdakı dayanacağa getdim. Dayanacaqda maşın gözləyərkən özümü pis hiss etdiyimdən, əsəbilərim pozulduğu və ürəyim ağrıdığı üçün yenidən evə qayıtdım. Evdə soyuducuda olan qarpızı götürdüm və sərinləşmək məqsədilə yeyərkən arvadımla aramızda yenə də həmin mübahisə davam etdi. Həmin vaxt, Humaya bildirdim ki, "kəndə gedəcəyəm, orada evimizin üstünə çıxıb, qışqıraraq bütün kənd sakinlərinə eşitdirəcəyəm ki, arvadım əxlaqsızlıqla məşğul olur". O, isə cavab olaraq söylədi ki, "belə deməyin mənim üçün heç bir əhəmiyyət kəsb etmir". Onun sözlərinə cavab olaraq bildirdim ki, "sənin başını kəsmək lazımdır ki, bu hərəkətlərindən əl çəkəsən". Bu sözlərimdən sonra arvadım əl atıb qarşısındakı telefonunu götürmək istədi. Bu zaman onun qolunu buraraq telefonu əlindən aldım, özünü isə kənara itələdim".
"Dedi ki, arvadıma yad gözlə baxmayıb"
Şamil Hacıyev qeyd edib ki, daha sonra otağa keçib və çarpayıda uzanıb: "Səhər saat 06-da otaqdan çıxarkən arvadımın və uşaqlarımın evdə olmadığını gördüm. Onların hara getdiyini bilmək üçün zəng etdim, Humayın qohumlarından və bacılarından maraqlandım. Telefonda arvadımın Vatsapda yazışdığı Vasif adlı şəxsin mobil nömrəsinə zəng etdim, Binəqədi rayonunda onunla görüşdüm. Həmin yazılanlar barədə soruşduqda Vasif bildirdi ki, arvadımla birlikdə şirniyyat sexində işləyir. Onunla bir bibi kimi münasibət saxlayıb, ona yad gözlə baxmayıb. Maraqlandıqda hətta müəyyən etdim ki, arvadım uşaqlarıyla birlikdə həmin Vasif adlı şəxslə nahar da edib. Bütün bunları bildikdən sonra, qaynım Sübhan Mahmudova zəng etdim, Bakı şəhərinə çağıraraq Sübhanla Binəqədi rayonunda parkda görüşdüm və bacısının etdiyi hərəkətlər barədə ona danışdım".
"Arvadımla aramızda qısqanclıq zəminində mübahisəmiz oldu"
Təqsirləndirilən şəxsin ifadəsinə görə, Sübhan isə hansı səbəbdən arvadına telefon aldığını və işləməyə icazə verdiyini irad tutaraq onu günahlandırıb: "Təxminən avqustun 6-da, qaynım Sübhan arvadım və uşaqlarımı evə gətirdi. Onlardan maraqlandıqda bildim ki, onlar mübahisə etdikdən sonra qızımın Binə qəsəbəsində yaşayan rəfiqəsi Tubuxanımgilə gedərək orada qalıblar. Həmin günün səhəri ailəliklə birlikdə Sərsurədə yaşadığım evə getdik. Fikrim belə oldu ki, ailəm Sərsurədə qalsın, özüm isə Bakı şəhərinə gedərək, işləyib, qazanc əldə edim, topladığım pulla Abşeron rayonunun Hökməli kəndində aldığım torpaq sahəsində ev tikib, ailəmi də ora aparım, arvadım düşdüyü mühitdən bir qədər kənarlaşsın və daha mənə xəyanət etməsin. Sərsurəyə gəldikdən sonra arvadım və uşaqlarıma daha Bakı şəhərinə getməyəcəkləri barədə dedim. Bu səbəbdən mübahisə etdik, onlar Bakıya getmək istədiklərini bildirdilər. Cavab olaraq dedi ki, buna imkan verməyəcəm. Bu səbəblərdən arvadımla aramızda qısqanclıq zəminində mübahisəmiz oldu".
"Qısqanc olduğumu dedi"
Şamil Hacıyev qeyd edib ki, hətta son günlər əsəbləri pozulduğu üçün təxminən avqustun 22-də İsmayıllı rayon mərkəzi xəstəxanasına gedib və həkimə müraciət edib: "Sonra Bakı şəhərinə qayıtdım, öz işlərim ilə məşğul oldum. Bakıda olarkən qaynım Sübhan zəng etdi. O, arvadım ilə uşaqlarımın qaçıb Bakı şəhərinə getmək istədiklərini, onları saxlamaq üçün tez kəndə qayıtmağımı dedi. Buna görə də kəndə qayıtdım, ailəmlə danışaraq onların Bakı şəhərinə getmələrinə icazə vermədim. Humay isə qısqanc olduğumu dedi, mənimlə mübahisə etməyə başladı. Hər gün bu zəmində mübahisə etdik. Аrvadımı qısqandığımdan ailəmi qorumaq məqsədi ilə onu və uşaqlarımı Sərsurə kəndində saxlayaraq özüm Bakı şəhərinə qayıtmaq istədim. Arvadım və uşaqlarım da Bakı şəhərinə getmək istədiklərindən, mənimlə razılaşmadılar. Bu səbəbdən də çox vaxt Humay mənimlə mübahisə etdi və mənə qarşı münasibəti soyudu".
"Düşündüm ki, xəncərlə arvadımı qorxudum"
Şamil Hacıyevin sözlərinə görə, sentyabrın 4-də, saat 17 radələrində arvadı həyətdəki hamamda çimib: "Həmin zaman hamamın qapısı içəridən bağlı olmadığından hamamın paltar geyinilən yerinə girdim, oradan maşa götürmək istəyəndə, Humaydan "çimirsən?" deyə soruşdum. Humay isə mənə əhəmiyyət vermədən soyuqqanlı davranaraq çimməyə davam etdi. Humayın əvvəldən mənimlə mübahisə etməsi, mənə qarşı davranışı, hazırda bu hərəkəti bir ər olaraq mənə pis təsir etdiyindən əsəbiləşdim. Düşündüm ki, evimin zirzəmisində alətlər saxladığı çamadanın içərisində olan xəncəri götürərək, onunla arvadımı qorxudum. Bu səbəbdən Humay daha mənə xəyanət etməsin, həmçinin bir daha mənimlə mübahisə etməsin".
"Saçından tutaraq çölə çıxmasına mane oldum"
Şamil Hacıyev bildirib ki, bu məqsədlə xəncəri götürüb, hamama girərək "səni öldürərəm" deyib: "Əlimdəki xəncəri Humayın qarın nahiyəsinə uzatdım ki, ona azca xəsarət yetirim və Humay məndən qorxsun. Həmin vaxt arvadım arxaya gedərək divara dirəndiyindən xəncər uzun və ucu isə şiş olduğundan, Humayın qarnına batdı. Bu zaman Humay qışqırdı, uşaqları çağırmağa başladı. Sonra məni itələyərək, hamamdan çölə çıxmaq istədi. Onun elə də ciddi xəsarət aldığını bilmədiyim üçün əynində paltar olmadığından saçından tutaraq çölə çıxmasına mane oldum. Sol əlimlə saçından dartdıqda Humay diz və əlləri üstə hamamın döşəməsinə yıxıldı. Mən isə yenə Humayı qorxutmaq üçün xəncəri boğazına dirədim, "başını kəsərəm" deyə ona bildirdim. O isə çırpındı, əlimdən çıxmaq istədi. Bu zaman xəncər Humayın boyun və boğaz nahiyəsini və dodağını da kəsdi. Humayın bədəninin qana bulaşdığını gördüm, etdiyim hərəkətlərin düzgün olmadığını düşünərək hamamın içərisində Humaydan bir qədər aralı çəkildim, Daha ona hər hansı bir xəsarət yetirmək istəmədim. Humay isə yaralı vəziyyətdə hamamın döşəməsinə üzü aşağı uzandı və həmin vaxt oğlum Osman hamama girdi".
"Hadisədən sonra meşəlik əraziyə getdim"
Təqsirləndirilən şəxs qeyd edib ki, əvvəllər necə xoşbəxt ailə olduqlarını, normal övladlar böyütdüklərini, hazırda isə vəziyyətin bu həddə gəldiyini xatırlayaraq kədərləndiyindən daha özünü saxlaya bilməyib, hamamdan çölə çıxarkən Humay da durub əlini qarnına tutaraq arxasınca çölə çıxıb: "Həmin vaxt qızım Röya da həyətə çıxdı, anasına yardım etməyə başladı. Mən daha dayanmadım, həyət qapısından çölə çıxaraq qapının qarşısındakı meşəlik əraziyə getdim. Humaya xəsarət yetirməkdə məqsədim onu öldürmək olmayıb, sadəcə olaraq onu qorxutmaq olub. Onu öldürmək istəsəydim, hamamda çılpaq vəziyyətdə, köməksiz halda olduğu zaman xəncərlə onu çox asanlıqla öldürərdim. Ancaq mənim belə bir niyyətim olmayıb".
"Məktublar zarafat mənasında sevgi məzmunda olub"
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Humay Hacıyeva bildirib ki, əri Şamil Abşeron rayonunun Xırdalan şəhərində "Azərsun" şirkətində qeyri rəsmi olaraq fəhlə işləyib: "Mən isə 2015-ci ilin əvvəllərindən Bakı şəhərində "Favorit" marketin "SWWET ART" adlanan sexə qoğalçı işləmişəm. Həmin sexdə mənimlə birlikdə Vasif Aslanov dа işləyib. Bir kollektiv olaraq həmişə çox mehriban olmuşuq. Bir-birimizlə iş barəsində telefon əlaqələri saxlayıb, bəzən məktublaşmışıq. Təxminən 2-3 ay оlаrdı ki, Vasiflə biri-birimizə yazdığımız məktublar zarafat mənasında sevgi məzmununda olub".
"Aramızda intim münasibət olmayıb"
O deyib ki, məktub yazışmasından başqa aralarında digər hər hansı bir münasibət olmayıb: "Hətta biz iş yerində belə üz-üzə görüşəndə, bir-birimizə sevgi barədə heç nə deməmişik, məktublarda da təxmini xatırladığıma görə zarafatla bir-birimizdən xoşlandığımızı demişik, bir-birimizi sevdiyimizi və bu kimi digər sözlər yazışmışıq. Belə yazışmalara baxmayaraq, aramızda hər hansı intim münasibət olmayıb. Şamillə əvvəllər münasibətlərimiz həmişə çox yaxşı olsa da, son bir il olardı ki, Şamil özünü əsəbi aparıb və ailənin maddi durumu pis olduğundan aramızda hərdən bir mübahisələrimiz olub. Son zamanlar mənə qarşı qısqanc olmağa başlayıb, Şamilin qısqanclığının əsassız olduğunu bildirərək ona istədiyi vaxt mobil telefonuna baxa biləcəyini demişəm".
"Sevgi barədə yazışdığımızı soruşdu"
Humay Hacıyeva deyib ki, avqustun 2-də Bakı şəhərində kirayə qaldqları evdə hamamda yuyunan zaman Şamil telefonuna baxıb və Vasiflə olan sevgi məktublarını görüb: "Bu səbəbdən Şamil Vasifin kim olduğu, nəyə görə sevgi barədə yazışdığımızı məndən soruşdu. Şamili qısqandırmamaq üçün əvvəlcə həmin məktubların mənə səhvən ünvanlandığını dedim. Şamil isə buna inanmadı. Təkidlə soruşduqda, olanları Şamilə izah etməyə çalışdım ki, Vasiflə aramızda yalnız məktub münasibəti var. Vasif məndən yaşca çox kiçikdir. Həm Vasif, həm də mən ailəliyik. Belə yazışmaqla bir səhv etmişik. Şamil isə əsəbiləşərək buna inanmadığını bildirdi, daha mənimlə yaşamayaraq evdən gedəcəyini dedi. Qızım Röya da Şamili sakitləşdirdi, inandırmağa çalışmışdı ki, mən Şamilə xəyanət etmərəm və hətta xəyanət etmiş olsa belə boşanmağımız barədə təklif də verdi. Lakin Şamil evdən paltarlarını da götürərək getdi".
"Başımı kəsərək öldürəcəyi ilə hədələdi"
Humay Hacıyevanın ifadəsinə görə, bir qədər sonra Şamil yenidən evə qayıdaraq onunla təkrar mübahisə etməyə başlayıb: "Mübahisə zamanı Şamil məni kəndə aparıb, orada başımı kəsərək öldürəcəyi ilə hədələdi. Sonra evin üstünə çıxıb, qışqıraraq bütün kənd sakinlərinə mənim əxlaqsızlıqla məşğul olduğumu və bunun nəticəsində məni öldürdüyünü bildirəcəyini dedi. Mən Şamili Vasiflə aramızda heç nə olmamasına, şübhələrinin əsasız olmasına inandırmağa çalışdım. Bunlara baxmayaraq, Şamil mənə inanmadı, məni öldürməklə yenidən hədələdi. Bu sözlərdən sonra telefonumu götürmək istədim. Şamil qolumu buraraq telefonu əlimdən aldı. Mən isə Şamilin daha da aqressiv olduğunu, mənimlə mübahisəni davam etdirəcəyini və ya mənə hər hansı xəsarət yetirə biləcəyini düşündüm. Oğlumu və qızımı da götürərək birlikdə Binə qəsəbəsində yaşayan qızımın rəfiqəsi Tubuxanımgilə gedərək orada qaldıq".
"Məni öldürəcəyinə inanmadım"
Zərərçəkmişin ifadəsinə görə, avqustun 6-da qardaşı Sübhan Mahmudov onu və uşaqlarını evinə gətirib: "Bundan bir neçə gün sonra isə artıq Şamil məni və uşaqlarımı birlikdə Sərsurə kəndindəki evimizə apardı. Sərsurə kəndində evimizdə yaşadığımız müddət ərzində yenə də ara-sıra həmin qısqanclıq zəminində Şamillə mübahisələrimiz yarandı. Şamilin bütün hədələrinə baxmayaraq, onun mənə xəsarət yetirə biləcəyinə və ya öldürə biləcəyinə inanmadım. Lakin Şamilin davranışlarından, yəni bəzi qeyri müəyyən danışıqlarından şübhələndim".
"İndi səni öldürəcəm"
Humay Hacıyeva bildirib ki, sentyabrın 4-də, saat 17-də evində olarkən yuyunmaq üçün həyətdəki hamama girib: "Bir neçə dəqiqə keçdi ki, Şamil qapını döymədən içəri girdi, "çimirsən", - deyə soruşdu və çimdiyimi görərək geri qayıtdı. Şamilə əhəmiyyət verməyərək yuyunmaqda davam etdim. Bir neçə dəqiqədən sonra Şamil təkrar gələrək içəri girdi. Bu dəfə Şamilin əlindəki xəncəri qarşımda tutaraq, mənə "indi səni öldürəcəm", - deyə bildirdi. Əvvəlcə elə başa düşdüm ki, yəqin Şamil mənimlə zarafat edir. Bu səbəbdən əlimlə işarə edib, Şamilə "sən Allah çıx, get, buradan, qoy, çimim", - deyə bildirdim. Şamil isə üstümə gəldi, xəncərlə məni vuracağını başa düşdüyümdan geri divara tərəf çəkildim. Şamil isə gəlməkdə davam edərək xəncərlə qarın nahiyəmdən vurdu. Vurduqdan sonra xəncəri çıxardı, təkrar məni vurmaq istədikdə, əlimlə Şamilə müqavimət göstərməyə, xəncəri tutmağa başladım. Şamil isə yenə onu vurmaq istədikdə birtəhər qaçıb, hamamdan çıxmaq istədim".
Humay Hacıyeva daha sonra ifadəsində Şamil Hacıyevin onunla dava etməsindən, yenidən təkrar onu vurmasından, köməyə adam çağırmasından, vaxtında tibbi yardım göstərildiyi üçün həyatının xilas olunmasından danışıb.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şamil Hacıyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Şamil Hacıyev apelyasiya şikayəti verib. O, barəsində olan ittihamın dəyişdirilməsini, əməlinin Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirməsi) maddəsinə tövsif edilməsini xahiş edib.
Şamil Hacıyevin şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Rafail Əliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.
Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Bu günlərdə açıqlanan qərara görə, Şamil Hacıyevin apelyasiya şikayəti təmin olunmayıb.
Paylaş:
Müəllif : Redaktor
Tarix:1-06-2019, 10:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:1-06-2019, 10:37
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24