reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Sputnik”in növbəti saxtakarlığı: - Moskvadakı rəhbərlik təxribat barədə nə düşünür?

reklam

“Sputnik”in növbəti saxtakarlığı: - Moskvadakı rəhbərlik təxribat barədə nə düşünür?


Mayın 19-da Rusiyanın beynəlxalq xəbər agentliyi “Sputnik”in Ermənistanda fəaliyyət göstərən filialının “Telegram” kanalı təxribat xarakterli məlumatlar yaydı. Belə ki, “Sputnik Ermənistan” “Telegram” kanalı Hindistan Xarici İşlər Nazirliyinin Ermənistan-Azərbaycan sərhədini pozanları qoşunlarını geri çəkməyə çağırması barədə xəbər yaydı.

“Sərhədlərarası istila və hərbi irəliləyiş vəziyyəti destabilizasiya edə və yenidən hərbi əməliyyatlara səbəb ola bilər. Təqsirləndirən tərəfi dərhal qoşunlarını geri çəkməyə və hər hansı bir təxribatı dayandırmağa çağırırıq”, - deyə “Telegram” kanalı guya ki, Hindistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatdan sitat gətirdi.

Lakin Hindistan Xarici İşlər Nazirliyinin rəsmi saytında bu məlumatı axtararkən Xarici İşlər Nazirliyinin belə məzmunlu bəyanat yaymadığına əmin olmaq olar. Başqa sözlə, “Sputnik Ermənistan”ın Hindistanı cəlb etdiyi anti-Azərbaycan təxribatı ilə üzləşirik.

Çox güman ki, İslamabadla Dehli arasındakı gərgin münasibətləri nəzərə alaraq, Pakistanın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair ədalətli mövqedə Azərbaycana dəstəyini görən “Sputnik Ermənistan”, saxta xəbərlər yayaraq Bakını təhrik etməyə qərar verib.

Azərbaycan hökuməti əsas səbəbi Kəşmirə sahiblik məsələsi olan gərgin Pakistan-Hindistan münasibətləri ilə bağlı mövqeyini dəfələrlə ifadə edib. Azərbaycanın mövqeyi BMT Təhlükəsizlik Şurasının bölgədə sülhün, təhlükəsizliyin və rifahın təmin edilməsinə yönəlmiş qətnamələrinə uyğun olaraq, Kammu və Kəşmir probleminin sülh yolu ilə həlli üçün səyləri dəstəkləməkdən ibarətdir.

Hindistan hökuməti Dağlıq Qarabağ münaqişəsinə də eyni münasibət sərgiləyir. Hindistan Xarici İşlər Nazirliyinin keçən payızdakı 44 günlük müharibə zamanı qəbul etdiyi bəyanatda ölkə səlahiyyətlilərinin regional sülh və təhlükəsizliyi təhdid edən vəziyyətdən narahat olduqları qeyd edildi və münaqişənin davamlı həllinin yalnız sülh yolu ilə əldə olunacağına ümid ifadə edildi.

Ancaq açıq-aşkar anti-Azərbaycan oriyentasiyası ilə tanınan “Sputnik Ermənistan” saytı saxta xəbərlər yayaraq Azərbaycanı Hindistana qarşı kökləyə biləcəyinə inanır. Bu vəziyyətdə Rusiyanın beynəlxalq xəbər agentliyi “Sputnik”in rəhbərliyinin onların erməni qollarının təxribat fəaliyyəti barədə nə düşündüyünü bilmək maraqlı olardı.


Paylaş:


Müəllif : Tarix:
21-05-2021, 08:21
Sikayət   


loading...
Загрузка...