Yayın ən rahat şalvar dəbi müəyyənləşdi - FOTO
Mavi cinsləri ona görə sevirik ki, geyim üzərində düşünməyə vaxt olmadığı zaman bizə kömək edir. Lakin cinsləri nə qədər çox sevsək də, yay havasının gəlişi ilə onları qarderobun bir kənarına qoyur və bütün ili geyinilməsini gözləyən sarafan və yubkaları üzə çıxarırıq. Onu da etiraf edək ki, ətəklər də bəzən sıxıcı olmağa başlayır. Bu anda yüngül materiallardan hazırlanan yay şalvarları qurtuluşa çevrilə bilər. Hündürbelli “kişi” şalvarı hər gün üçün xilas yoludur və istisnasız olaraq hamıya uyğundur.
Enli və bol kəsimli şalvarlar yayın əsas trendlərindən biri olmağa iddialıdır. Çox geniş və yüngül materiallardan hazırlandıqlarına görə, ən isti yay günündə belə, bədəni sərin saxlayır. Bu, onları yalnız ofis üçün deyil, həm də yay qonaqlıqları üçün mükəmməl bir seçim edir.
Blogerlər “Palazzo” adlanan bu şalvarları boş köynək və digər üst geyimləri ilə uzlaşdırırlar. Geniş balaqlı şalvarları hündürdaban bosonojka, sabo və ya qalın dabanlı idman ayaqqabıları ilə uyğunlaşdırmaq daha məqsədəuyğundur. Ancaq düz ayaqqabılarla da əla görünəcəklər: məsələn, trendə qayıdan baletka və loaferlərlə.
30-cu illərin aktrisası Ketrin Hepburn bu şalvarların böyük pərəstişkarı idi. Hepburn karyerası ərzində təkcə 4 Oskar almış əsas kino ulduzlarından biri deyil, həm də müasirlərinin ilham aldığı stil ikonası idi. 40-cı illərdə Hollivud ulduzu yüngül yay şalvarları geyinməyə başlayanlardan biri idi, o zaman demək olar ki, qadınların heç biri buna cəsarət etmirdi. Ketrinin isə gündəlik stili yenilikçi və bir az cəsarətli görünürdü. Hepburnu o dövr üçün aktual olan romantik geyimlərdə və “Dior” ruhuna uyğun çiyinlikli əlbisələrdə görmək demək olar ki, mümkün deyildi.
Hündürbelli və geniş balaqlı şalvarı sevən Ketrin onları kişi köynəkləri, minimalist vodolazka, geniş sviterlər və bleyzerlərlə tamamlayırdı. Qadınlar onlar üçün tamamilə yeni olan stillə ehtiyatla tanış olmağa başladığı bir zamanda aktrisa mükəmməl düşünülmüş və son dərəcə şıq geyimləri inamla geyinirdi. Stilistlər hesab edir ki, bu qəhrəmanın obrazları əbədi klassika və sonsuz ilham mənbəyidir.
Paylaş:
Müəllif : Fuad
Tarix:21-05-2021, 09:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:21-05-2021, 09:04
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti