reklam
Regionxeberlericom.az » Cəmiyyət » Agentlik nümayəndəsi: “Ruhi xəstələrin sürücülük vəsiqələrinin olduğu aşkarlanır”

reklam

Agentlik nümayəndəsi: “Ruhi xəstələrin sürücülük vəsiqələrinin olduğu aşkarlanır”


Əlilliyin qiymətləndirilməsi rəsmiləşdirilmiş göndəriş əsasında aparılır. Göndərişdə yazılan diaqnoza və bir çox məqamlara diqqət edilir.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova əlilliyin qiymətləndirilməsi zamanı əsas olaraq diqqət edilən məqamlara aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, istər vətəndaşın müayinəsinin nəticəsinə, istərsə də diaqnozu təsdiq edən müayinələrə diqqət edilir:
“İnstrumental, laborator müayinələrin hər birinə diqqət yetirilir ki, diaqnoz barəsində dolğun təsəvvür yaransın. Sadəcə olaraq bəzi məqamlarda “copy+paste” hallarla rastlaşırıq. Yəni, fərqli vətəndaşlar eyni müayinələr yazılır. Eyni instrumental, laborator müayinələr və eyni nəticələrinin yazılması, bir stasionar epiqrezin bir neçə dəfə fərqli XBT (Xəstəliyin Beynəlxalq Təsnifatı) ilə qeyd edilməsi ziddiyyət yaradır. Bu agentliyin ekspertləri tərəfindən fərqli stasionar kimi qiymətləndirilir. Araşdırma aparılan zaman məlum olur ki, bu bir stasionar qeyddir.

Araşdırmalar zamanı görünən odur ki, həddən çox hiperdiaqnostika, şişirdilmiş diaqnozlar var. Şişirdilmiş halda yazılan, vətəndaşda olmayan müayinələrin yazılması faktları ilə də qarşılaşmışıq. Stasionar epiqrezdəki diaqnoz ayrı, müayinəsindəki fərqli, göndərişdə isə tamamilə fərqli qeyd olunub. Yazılanlarla xəstənin əyani vəziyyəti bir-birinə uyğun gəlmir. Bizim ekspertləri göndərişi oxuyub əlillik təyinatı edə bilir, çünki qeyd edilənlər bir-biri ilə üst-üstə düşür. Lakin, vətəndaşın əyani müayinəsi zamanı həmin əlamətlərin vətəndaşda olmadığı aşkar edilir”.

O bildirib ki, bəzən xəstələrin bir neçə epiqrezi olması və ya bir epiqrezin fərqli xəstəxanaların adından yazıldığı halları ilə də rastlaşırıq:

“Psixi xəstəliyi, ruhi xəstəliyi olan şəxslərin aktiv sürücülük vəsiqələrinin olduğu aşkarlanır. Bu kimi məqamlara da rast gəlinir. Biz müxtəlif istiqamətdə yoxlamalar aparırıq və bu kimi faktların mövcudluğunu aşkarlayırıq”.


Paylaş:


Müəllif : Tarix:
21-05-2021, 14:02
Sikayət   


loading...
Загрузка...