“...bunun nəticələri 44 günlük müharibədən daha dəhşətli olacaq” - deputat
Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiya və demarkasiya prosesi gedir. Amma Ermənistan tərəfi açıq formada buna müqavimət göstərir, beynəlxalq hüquq normalarına uyğun aparılan prosesə mane olmağa çalışır.
Milli Məclisin deputatı, Baş nazirin sabiq müavini Əli Məsimli Reyting.az-a müsahibəsində deyib ki, Azərbaycan döyüş meydanında şanlı qələbə çalsa da, diplomatiya meydanında müharibə bitməyib:
- Azərbaycan 44 günlük müharibədə tarixi qələbə qazanmaqla üzərində olan tənələri aradan qaldırıb. Biz bu tarixi qələbəyə son model hərbi texnologiya ilə vətənpərvərliyin vəhdətinə nail olmaqla çatmışıq. Ancaq bu, döyüş meydanında olan qələbədir. Diplomatiya meydanın da müharibə gedir. Eləcədə psixoloji, informasiya müharibəsi davam edir. Yəni döyüş meydanında düşməni əzsək də, diplomatik, informasiya, psixoloji və hibrid müharibəsinin digər elementləri hələ yekunlaşmayıb. Hərb meydanındakı qələbəmizi diplomatiya, psixoloji və informasiya meydanında tamamlamalı və yekun qələbəyə nail olmalıyıq.
Sözsüz ki, döyüş meydanında müharibə və qələbəmiz şərəfli hadisə idi. Lakin diplomatiya, informasiya və psixoloji müharibə də bundan asan deyil.
Hərb meydanında imkanlarımızla düşmən qarşısında idik və burada havadarları gizli formada Ermənistana köməklik edirdilər. İndiki hibrid müharibəsində isə havadarları Ermənistana açıq dəstək verirlər. Məsələn, Fransanın timsalında Ermənistan açıq dəstəklənir.
Başqa istiqamətləri də nəzərə alsaq görərik ki, 44 günlük müharibə ilə Azərbaycan yeni situasiya yaradıb. Bu situasiya bizim regionumuza, onu əhatə edən bölgəyə və qlobal proseslərə də təsir göstərir. Əgər bu müharibənin nəticələri qlobal proseslərə təsir göstərirsə, deməli, qlobal proseslərin daşıyıcıları da öz maraqlarını reallaşdırmaq üçün bizim yerləşdiyimiz arenada 44 günlük müharibənin nəticələri kontekstində mübarizə aparırlar. Mən Qərb və Rusiyanı nəzərdə tuturam. Burada bizi fikirdə, sözdə və işdə dəstəkləyən yeganə ölkə Türkiyədir. Bu siyahıya Pakistanı, İsraili və bəzi ölkələri də əlavə etmək olar. Biz daima bu ölkələri qeyd etməliyik. Əsl dost ekstrimal vəziyyətdə bilinir. Bu ölkələr, bəlkə də müharibə zamanı Azərbaycana qarşı olacaq əlavə təhlükələri neytrallaşdırmaq baxımından birmənalı bəyanatlar verdilər.
Fransa özünə görə bir dövlət olsa da, Azərbaycan üçün heç kimdir. Sadəcə, Minsk qrupunun üzvüdür. Amma Azərbaycana təsir mexanizmi yoxdur. Yalandan saxta soyqırımı hadisəsi ətrafında oyun düzəldə, bəyanatlar verə, Minsk qrupuna təsir edərək onun fəaliyyətini “Makronlaşdıra” bilər. Ancaq Azərbaycana ciddi təsir etmək gücündə deyil. Onu susdurmaq üçün “öz silahından” istifadə etmək lazımdır. Məsələn, niyə Fransanın Əlcəzairdə çıxardığı oyunları, milli azadlıq hərəkatında iştirak edənlərin başlarını muzeylərdə göstərmələrini müzakirə edərək bunu dünyanın yadına salmırıq?
Bir var, beynəlxalq hüquq normaları, beynəlxalq münasibətlərdə yazılmayan qanunlara riayət olunmaqla mübarizə aparasan, bir də var, Minsk qrupunda vasitəçi olduğun təqdirdə həyasız bəyanatla qarşı-qarşıya gələn iki dövlətdən birini açıq müdafiə edəsən. Deməli, burada nə insanlıq, nə hüquq, nə də nəzakət qaydaları işləmir.
Biz hələ də deyirik ki, Fransa mədəni ölkədir, mədəniyyətin beşiyidir və s. Onda gərək Yunanıstan birinci qeyd edilsin. Fransanı buna görə, süni formada şişirtməyimiz doğru deyil.
Konstruktiv millətçiliyin millətin inkişafında rolu var. Amma millətçiliyin iyrənc və faşizm formasını Avropada tətbiq edən Fransadır. MDB məkanında isə belə faşist millətçiliyi Ermənistan tətbiq edib. Bu halda onların maraqları üst-üstə düşür. Onları bu formada ifşa etmək lazımdır, sənədlər hazırlayıb ortaya qoymağımız pis olmazdı.
Diqqət edin, qardaş Türkiyəyə qarşı soyqırımı oyununda aktiv rol alanların hamısı dünyada ən iyrənc soyqırımı həyata keçirənlərdir. Fransa, ABŞ, zamanında Rusiya da edib. İndi də sanki yol yoldaşı axtarmaq üçün belə addımlar atırlar.
Türkiyə tərəfi də hər zaman deyir ki, arxivləri açmağa hazırıq, siz də açın. Amma arxivləri açmaq istəmirlər. Niyə? Çünki açsalar utanacaqlar, xəcalət çəkəcəklər və görəcəklər ki, heç bir soyqırımı olmayıb. Əksinə, həmin proseslərdə ən böyük ziyan çəkən türklər olub, nəinki iyrənc siyasətin tərkib hissəsi olan və Qərbin yanında başkəsən rolunu oynayan ermənilər. Bunların dərininə getmək lazımdır.
- Delimitasiya prosesinə qayıdaq, bu barədə nə deyə bilərsiniz?
- Bizim əlimizdə bir neçə sənəd var. Onlardan biri sovet dövrünün xəritələridir.
İkinci sənəd noyabrın 10-da imzalanan üçtərəfli razılaşmadır.
Daha sonra Moskvada verilən üçtərəfli bəyanatdır.
Sonuncu iki sənəddə həm kommunikasyaların açılması, sərhədlərin bərpası və müəyyən olunması, konflikt zonasından ayrı olan bəzi ərzilərin Azərbaycana qaytarılması nəzərdə tutulur. Odur ki, sərhədlərin müəyyənləşdirilməsi prosesi getməlidir və gedəcək də. Amma sual ortaya çıxır: niyə Ermənistan buna müqavimət göstərmək, hay-küy salmaq yolunu seçib?
Bunun səbəbləri çoxdur. Bir səbəb daima buna ədatəkar olmaları, haqqı nahaqqa yedirtmək niyyətindən irəli gəlir. Onlar tarixən siyasətlərində bunu əsas götürüblər.
Digər səbəb Ermənistanda keçirilən parlament seçkiləridir. Hər bir qüvvə buradan dvident götürmək istəyir.
Üçüncüsü, Fransa kimi üzdəniraq dövlətlərin bundan sui-istifadə cəhdləridir.
Dördünüsü, Cənubi Qafqazda gedən rəqabətin tərkib hissəsi kimi Rusiya və ABŞ mübarizəsində bu prosesin qabarmasıdır.
Azərbaycan intellektual müharibə ilə hərbi meydanda qalib gəldiyi kimi, diplomatik mübarizədə və hibrid müharibəsinin digər istiqamətləri üzrə də düşməni məğlub etməlidir. İndi Azərbaycan yeni mərhələdə düzxətli və bərabər sürətli hərəkət trayektoriyasına çıxıb. Bu hərəkət trayektoriyasında Azərbaycanın gücü də, ağlı da, siyasi iradəsi də, Türkiyə və Pakistan səviyyəsində dəstəyi də var. Biz addım-addım davam edərək məqsədimizə çatmalıyıq. Eləcədə işğaldan azad olunan ərazilərimizin bərpası, yenidən qurulması istiqamətində iş aparmalıyıq. Dünyaya göstərməliyik ki, Ermənistan və havadarlarının məhv etdiyi Qarabağı neçə dirçəldirik, əməkdaşlıq arenasına çeviririk. Bununla paralel olaraq ərazi bütövlüyümüzün tamamlanması üçün vacib olan digər ərazilərimizi də nəzarətimizə almaq məqsədilə həyata keçirilən siyasəti təmkinlə davam etdirməliyik.
- Nikol Paşinyan bəyan etdi ki, Azərbaycan, Rusiya və Ermənistan formatında danışıqlar gedir. Paşinyanla delimitasiya prosesini sona çatdırmaq mümkündürmü, yoxsa Ermənistanda hansısa mərhələdə başqa siyasətçilər önə çıxıb bizə “meydan” oxuyacaqlar?
- Hesab edirəm ki, Ermənistanda üzdə olan siyasətçilər arasında erməni xəstəliyinə daha az yoluxanı Paşinyandır. Bundan əvvəlki prezidentlər hərbi cinayətkarlar idi və çalışmalıyıq ki, onlar beynəlxalq hüquq prinsipləri əsasında cəzalandırılsınlar. Onlar siyasətçi deyillər, hərbi canilərdir. Sadəcə, qalibin yanında başkəsən rolunu oynamaqla Qarabağı Azərbaycandan ayırıb onun üzərində böyük oyun qurmuşdular. Bu oyun da bir neçə istiqamətdə gedirdi:
Birincisi, erməni xəstəliyindən sui-istifadə edərək erməni xalqının başını qatmaq.
İkincisi, diaspora və erməni lobbisini əldə saxlamaq, istiqamətləndirmək. Həmçinin, erməni diasporu və lobbisinə 100 milyonlar qazandırmağa şərait yaradan Qarabağ kartını davam etdirmək. Və hakimiyyət mübarizəsində bu kartlardan istifadə edərək möhkəmlənmək. Qarşılarına belə məqsədlər qoymuşdular. 44 gün ərzində Azərbaycan bu məqsəd və planları alt-üst etdi. Əslində söhbət təkcə Ermənistandan getmir, onun müttəfiqlərinin də planlarını alt-üst etməyi bacardıq. Bu səbəbdən də təkcə Ermənistan deyil, onun müttəfiqləri də bizə qarşı qəddar mövqe nümayiş etdirir. Amma bütün bunlara qarşı Azərbaycanın gücü də, siyasi iradəsi də var.
Üstəlik, Azərbaycan şərəfli, ləyaqətli qələbə çalmağı dünyaya nümayiş etdirdi. Eyni zamanda Pakistan, Türkiyə və İsrailin nümunəsində ciddi müttəfiqləri də ortaya çıxdı.
- Siz Ermənistanın iqtisadi imkanları, potensialı və resursları haqqında daha geniş məlumata maliksiniz. Necə düşünürsünüz, orada ortaya çıxan revanşist mövqelər kontekstində bu ölkə Azərbaycana qarşı dirəniş göstərə bilərmi?
- 44 günlük müharibə, erməni xalqına müraciətlər edən ağıllı insanların - faizi az olsa da - əlinə, elə erməni cəmiyyətinə zəngin materiallar verib. Bu müharibə erməni cəmiyyəti daxilində sağlam düşünənlərin faiz dərəcəsini artırmağa imkan yaradır.
İkincisi, Qarbağdan olan “siyasətçilər”in, əslində isə hərbi canilərin Ermənistanın başına nə oyun açdıqları erməni xalqına bir daha nümayiş olundu.
Üçüncüsü, kənardan baxanda düşünürsən ki, erməni diasporu və həm də lobbisi Ermənistanı yağ-bal içərisində saxlayır və ya bunun üçün çalışır. Əslində isə onlar Ermənistana bir verəndə, ikisini, üçünü də almaqla məşğuldur. Bu prosesdən məlumatı olan şəxslər dediklərimi təsdiqləyə bilərlər. Diaspor və lobbi bir manat verəndə, perspektivdə iki-üç manat əldə etməyə çalışır.
Hesab edirəm ki, Ermənistanın öz ordusunu qaydaya salması, silahlanması və Azərbaycana müqavimət göstərməsi üçün uzun illər lazımdır. Azərbaycan və Ermənistanın qüvvəsi müqayisəedilməz dərəcədə bizim xeyrimizədir. Odur ki, revanşist qüvvələr Azərbaycana qarşı yeni addım atmağa cəhd edəcəksə, bunun nəticələri 44 günlük müharibədən daha dəhşətli olacaq. Üstəlik, çox pis formada ermənilərin ziyanına işləyəcək.
Düşünürəm ki, Ermənistanda sağlam düşüncədə olan qüvvə önə çıxmaqla, erməni cəmiyyətinə izah etməklə Ermənistanın dövlət kimi qalması, inkişaf etməsi və əhalinin güzəranının yaxşılaşmasına səbəb olmalıdır. Bunun da yolu Baltik ölkələrində həyata keçirilən əməkdaşlıq modelidir ki, Cənubi Qafqaz ölkələri də bundan istifadə etməlidir. Əks təqdirdə Ermənistan inkişaf edə bilməz. Yəni təcrid vəziyyətində qalacaq və forpost olduğu ölkə tərəfindən onun az-çox özünün olan obyektləri də əlindən alınacaq və asılılığı daha da artacaq.
İkinci istiqamət kimi Ermənistan qərar verə bilər ki, Qərbə inteqrasiyası dönməz xarakter daşıyır. Fikrimcə, bu halda onlar Qarabağ məsələsi ətrafında imitasiya edəcək, həm də Qarabağ yükündən azad olmaq üçün səylər göstərəcəklər. Düşünürəm ki, bu amil Paşinyanın fəaliyyətində özünü göstərir. Məsələn, Qarabağ ətrafında oyunlarla bağlı onun “filminin” sonu çatır. Bu “filmi” yenidən fırlatmaq, kimisə aldatmaq mümkün deyil.
Nəhayət, 44 günlük müharibə çox dəhşətli oldu. Ermənistanda böyük-böyük danışanların gözləri qorxdu. Erməni xisləti belədir ki, pis şərait olan yerdə yaşamaz. Onun vətən anlayışı belədir - harada yaxşı yaşayış varsa, ora vətəndir. Odur ki, Cənubi Osetiya timsalında göstərmək olar ki, Rusiya Xankəndi və digər məntəqələrdə 30 il ərzində qurulan həyat şəraitini təmin edə bilməyəcək. Deməli, ermənilərin orada yaşamaq ehtimalı getdikcə azalacaq. İlkin proqnozlar görə, yaxın müddətdə yüz minlərlə insan Ermənistanı tərk edəcək. Əhalisinin sayı az olan Ermənistan üçün 100 minlərlə əhalinin ölkədən getməsi faciəvi olacaq.
İnkişafın ən ciddi amili insan faktorudur. İnsan resursu azalan Ermənistan 10 milyonluq Azərbaycan qarşısında necə duracaq?
Əgər tərəflərin maliyyə imkanı və resurslarının müqayisəsini aparsaq, Ermənistanın bu imkanları Azərbaycanla müqayisə oluna bilməz.
Müasir hərbi texnikaya gəldikdə, son müharibə göstərdi ki, Azərbaycan nələrə qadirdir. Onların həyata keçirə bildiyi bir iş odur ki, müharibədən əvvəl bəyanat verirdilər ki, Ermənistanın tankları Bakıya gedib çıxacaq. Bunu düz deyirdilər, belə də oldu. Sadəcə, onlar minib gələ bilmədilər, biz onları məhv etdik, qənimət kimi götürdüyümüz tankları qatarla Bakıya gətirdik. İndi bu texnika müharibənin tarixini göstərən muzeydə sərgilənir. Onlar bizim bu muzeyimizi yenidən hərbi eksponatlarla genişləndirmək istəmirlərsə, revanşist hiss və düşüncədən uzaq olaraq əməkdaşlıq forması haqqında düşünməlidirlər.
Paylaş:
Müəllif : Fuad
Tarix:24-05-2021, 09:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:24-05-2021, 09:17
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:52
Pekin ilk növbədə Suriyadakı Türküstan İslam Partiyası üzvlərinin tərksilah olunmasını istəyəcək
Dünən, 19:00
Sumqayıt Tibb Mərkəzində BİABIRÇILIQ - 10 gün əvvəl xəbər verməlidir, canı çıxsın, yıxılmasın
Dünən, 10:45
Miqrasiya Xidmətində ŞOK HƏBSLƏR: Həsənovlara da sıra çatdı... - Kərəm Həsənov müdaxilə edirsə...
Dünən, 08:54