160 əsgərlə bağlı müəmma: İran da Ermənistanı ittiham edir - NƏ BAŞ VERİR?
Xəbər verdiyimiz kimi, Ermənistan mətbuatı İkinci Qarabağ müharibəsi zamanı xeyli sayda əsgərin İrana qaçması barədə məlumat yayıb.
Bildirilir ki, İrana qaçan erməni hərbçilərin sayı məlum olsa da, rəsmi Tehran qeyri-müəyyən səbəblərdən onları Ermənistana təhvil vermək istəmir:
"Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, İran İslam Respublikasında təxminən 160 erməni əsgəri var. Bu yaxınlarda yüksək rütbəli İran hərbçilərinin Ermənistana gəlişinin səbəblərindən biri də döyüşlər zamanı sərhədi pozaraq digər ölkəyə keçmiş həmin əsgərlərin geri qaytarılması ilə bağlı məsələlərin müzakirəsi olub. Mənbələrin bildirdiyinə görə, erməni əsgərlər müharibənin qızğın günlərində qanunsuz şəkildə İranın dövlət sərhədini keçiblər və o vaxtdan bəri qonşu ölkənin ərazisində saxlanılırlar".
İran artıq Ermənistandan ünvanlanan ittihamlara cavab verib. Erməni KİV-lərinin yaydığı məlumata görə, İran mətbuatı İrəvanı dövriyyəyə yalan məlumatlar buraxmaqda ittiham edib.
“İranın Ermənistandakı səfirliyi erməni KİV-lərində yayılan şayiələri- 160 əsgərin bu ölkədə saxlanması barədə xəbərləri "yalan və əsassız" məlumat adlandırıb. Hətta guya İran tərəfinin sərhədi keçmiş hərbçilərin geri qaytarılması üçün ilkin şərtləri təqdim etməsi də yalanlanıb. Bu mövzuda İran saytı “Parstoday” məlumat yayıb”-, deyə erməni mediası yazıb.
Qeyd edək ki, son günlər erməni KİV-ləri İranda müharibə vaxtı sərhədi pozan hərbçilərinin saxlanması barədə məlumatlar yayıb. “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Naira Zöhrabyan da bu barədə danışıb. O, mövzunu bir neçə dəfə Ermənistanın İrandakı səfiri Artaşes Tumanyanla müzakirə etsə də, səfir əllərində fakt olmadığını bildirib. Üstəlik, bir neçə valideyn hətta Təbrizə gedərək erməni yepiskopu ilə görüşübmüş ki, onlara da eyni cavab verilib.
Deputat rəsmi şəkildə İranın Xarici İşlər Nazirinə müraciət edib. Zohrabyan, həmçinin bildirib ki, rusiyalı həmkarları vasitəsi ilə məlumatı nə inkar, nə də təsdiq etməyən bir neçə İran generalı ilə əlaqə saxlayıb və onlar da dəqiq cavab vermək üçün vaxt istəyiblər.
Azvision.az
Paylaş:
Müəllif : Fuad
Tarix:24-05-2021, 10:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:24-05-2021, 10:47
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01