reklam
Regionxeberlericom.az » Cəmiyyət » Müdafiə Nazirliyi medal ala bilməyən əsgər və zabitlərə cavab verdi

reklam

Müdafiə Nazirliyi medal ala bilməyən əsgər və zabitlərə cavab verdi


“Azərbaycan Respublikası Müdafiə Nazirliyi sorğularımıza operativ və əksər hallarda müsbət cavab verən dövlət qurumları arasındadır. Mən bunu yüksək qiymətləndirirəm”.

Bunu Milli Məclisin İmişli rayonundan seçilmiş deputatı Razi Nurullayev bildirib.

Bununla yanaşı, deputat bildirib ki, elə qurumlar da var ki, sorğularla bağlı ya tükü tərpənmir ya da şablon cavabları şöbə müdirinin müavininin köməkçisinın az qala sürücüsü adından imzalatdırıb göndərir.
“Mən də belə cavabları ayaqlarımın yanında dayanan, stolun altında olan zibil vedrəsinə atıram. Amma, məsələ bununla bitmir”.

Razi Nurullayev deyib ki, bu günə qədər Müdafiə Nazirliyinə ünvanladığı bütün haqlı müraciətlər müsbət həllini tapıb. O, belə cavabların bir neçəsini social şəbəkədə də paylaşıb.

“Müharibədə medal və ordenlər ala bilməyən məktub müəlliflərinin əksəriyyətinə müsbət cavab verilir və o döyüşçü əsgər və zabitlər təltif ediləcəklər. Ümumilikdə 30-dan çox əsgər və zabitin müraciəti müsbət həll edilib”.




Paylaş:


Müəllif : Tarix:
24-05-2021, 12:21
Sikayət   


loading...
Загрузка...