Ərdoğan: “Türkiyə tarixində ilk dəfə NATO və Aİ ölkəsinə PUA ixrac edəcək”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə səfərdə olan Polşa Prezidenti Anjey Duda ilə görüşüb.
“Anadolu” agentliyinin məlumatına görə, tərəflər arasında rəsmi sənədlərin imzalanmasından sonra keçirilən mətbuat konfransında çıxış edən Türkiyə prezidenti bildirib ki, ölkəsi tarixində ilk dəfə olaraq NATO və Avropa İttifaqı üzvü olan bir dövlətə pilotsuz uçuş aparatı ixrac edəcək.
“Bu təcrübə, qabiliyyət və imkanlarımızı NATO müttəfiqimiz Polşa ilə paylaşmaqdan məmnunluq duyuruq. Az öncə imzalanan sənədlə Türkiyə tarixində ilk dəfə NATO və Avropa İttifaqı üzvü olan bir ölkəyə pilotsuz uçuş aparatı ixrac edəcək”, - deyə Ərdoğan bəyan edib.
Bununla yanaşı, dövlət başçısı NATO-nun Təkmilləşdirilmiş Hava Polisliyi Missiyası çərçivəsində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 təyyarələrinin yaxın vaxtlarda Polşaya göndəriləcəyini qeyd edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:24-05-2021, 22:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:24-05-2021, 22:42
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39