Tik-toklaşan media, tik-tok mədəniyyəti və min bir xırdavat ictimai şüuru yaradır”!
Milli Məclisin deputatı Zahid Oruc parlametin bu gün keçirilən plenar iclasında sosial şəbəkələrdə baş verənlərə toxunub
Modern.az xəbər verir ki, deputat trol ordularının informasiya məkanımızı zəbt etdiyini deyib:
"Xalqımızı onlar məlumatlandırır. Bu çox təhlükəlidir.Tik-toklaşan media, tik-tok mədəniyyəti və min bir xırdavat ictimai şüuru yaradır.İnformasiya üzərində hakimiyyəti əldən verəndə onun ağır nəticələri qaçılmazdır.Düşüncə terrorçularının hücumu millətə pandemiyadan da təhlükəli viruslar, qara təbliğat ötürür, vaxtilə Sovet-Amerika ideoloji müharibəsinin amansız formaları sanki təkrar olunur. Soyuq müharibə illərində belə şiddətli hücumlar və milyonlarla insanın beynini yumağa xidmət edən şəbəkə terrorunun hədəfində olmamışıq.Göbbelsin sözlərini xatırlatmalı olsaq, min dəfə təkrarlanan yalan həqiqət kimi qəbul olunur.
Son 6 ayda hər gün Qarabağda növbəti hərbi toqquşmaların, Rusiyanın hərbi paradı ətrafında ajiotajın, məmurlar arasında iqtisadi-mənefe ugrunda uydurulan parçalanmanın üzərindən insanlarımız təbliğat hücumlarına məruz qalır.Lakin təkcə bir misalın nəticəsi-9 mayda iddiaların gerçəkləşməməsini sorğu-sual edən yoxdur, əvəzində yeni qara təbliğatla süni, qeyri real gerçəklik formalaşdırır, obyektiv, inanılmış xəbərlər şübhə altında qoyulur.Azərbaycana qarşı maliyyələşdirən informasiya platformalarına iqtidarı linç etmək üçün aşağıdakı tezislər ətrafında tapşırıqlar verilib:
-Dövləti şəhid ailələri üz-üzə qoyun və onun müqəddəsliyə söykənən təbliğatını ləkələyin!
-Dövləti qazilərlə qarşıdırmada qələmə verin və belə mənzərə yaradın ki, düşmənlə silahla vuruşan oğullar məmurlarla da eyni üsulla mübarizə aparmalıdır.
-Dövləti Rusiya ilə gizli işbirliyində ittiham edin və Kremldən idarə olunan iqtidar imicinə hər gün yeni cizgilər qatın.
-Ənənəvi korrupsiya mövzusu ilə hakimiyyətdə hamını oğurluqda suçlandırın, qanundan kənar elan edin.
-Dünyada azərbaycanlılarla bağlı baş verən istənilən neqativ hadisəni, ölən, itən, ailə draması yaşayan hər kəsi hakimiyyətlə əlaqələndirin, onların cansız varlığını, şəxsi uğursuzluqlarını iqtidarın üzərinə atıb onu dünya xəbər məkanında hədəfə çevirin.
-Mənəvi dəyərləri inkar edən bir xətti qabardın, ailələrin etnik, dini, siyasi və region mənsubiyyəti, cinsəl kimliyi əsasında dağılmasını tirajlayın, mavi inqilab üçün mühit hazırlayın!
Beləliklə, bir sıra Avropa ölkələrində Azərbaycan əleyhinə maliyyələşdirilən kanalların hibrid müharibəsinin əsaslandığı arqumentləri, miqyas və məqsədləri görmək çətin deyil. Kütləvi informasiya vasitələri adı altında kütləvi psixoz və isterika yayılır.
Halbuki, mətbuat azadlığı ilə öyünən Qərbdə Russia Today və Sputniklə mübarizə üçün rəsmi xüsusi mərkəzlər yaradıb və on milyonlarla vəsait informasiya məkanını qorumağa, dezinformasiyalarla mübarizəyə yönəldib.
Gördündüyü kimi, vətəndaşlarımız həqiqi hadisələrin təsiri altında deyil, virtual dünyanın içərisinə atılmış vəziyyətdədir. Onların izlənmə sayı bunu sübut edir.Bir ayda 30 milyondan artıq baxış sayı dediklərimizi təsdiqləyir. Saxta xəbərlərin dövriyyəyə çıxmasının texnologiyası isə çox sadədir.İlk olaraq, diqqət çəkməyən şəxsi hesablarda bir iddia ortaya atılır, daha sonra həmin versiya dövlətdaxili ziddiyət kimi qələmə verilir.3 cü etapda, hakimiyyət və siyasi qüvvələr, o cümlədən xalq arasında çözülə bilməyən konfliktlər gerçək faktlar kimi şəbəkə resurslarında eyni anda, müxtəlif platformalarda oxşar süjetlərlərlə gücləndirilir, bir ovuc müxalif ekspertin gündə 5-6 saat sürən debatları və translyasiyalarının baş mövzusuna çevrilir.5-ci mərhələdə guya böhran səviyyəsində olan problemi mütləq xarici güc mərkəzlərinin əli ilə çözmək yolları təklif olunur. Nəhayət son etapda, problem mövcud hakimiyyətin getməsi halında öz-özünə çözüləcək hökmü ilə kütlələrin beyinlərinə yeridilir.Ona görə də informasiyanın silahdan da təhülkəli olduğunu hamı qəbul edir.
Dövlət korrupsioner məmurlara qarşı sərt tədbirlər görür, şəffaf idarəçilik yaratmağa çalışır, hərbi qələbələrini davam etdirərək Ermənistanın Azərbayacanın bütövlüyünü tanımağa vadar edən bir gələcək formalaşdırır, bütün bunların qara ideologiya daşıyıcılarına heç bir faydası yoxdur, onlar hər gün hakimiyyətin xəyanətlərindən danışmaqda davam edirlər, yüzlərlə poster, sloqan, plakat, şüar istehsal edib informasiya dövriyyəsinə atırlar.
Dövlət rəhbərinə və ailəsinə qarşı şəxsi, açıq və daimi hücumlar çirkli kampaniyanın ana xəttini təşkil edir.Ardıcıl metodlarla, aqresiv və emosional yolarla ölkə başçısının nüfuzuna xələl gətirmək üçün yüzlərlə yalan tarixçə, siyasi mifologiya uyduran Azərbaycan üzrə kuratorların, kəşfiyyat mərkəzlərinin pozucu kanallara hər gün yeni-yeni tezislər ötürdüyü faktdır.Cəmiyyətə faydalı ideyalar çıxaran istənilən insanı linç edib gözdən salaraq xaricdən asılı alternativ informasiya mühiti, ziyanlı gerçəklik təlqin olunur, daxili aqresiyanı artırmaqla, pandemiyanın və müharibənin ağır sosial-psixoloji mirasını kəskinləşdirməklə ölkəmizi beynəlxalq aləmdə yaşamaq üçün təhlükəli məkan elan edirlər. Siyasi qeyri-sabitliklə idarəetmə aparatını iflic etmək və əhalinin sosial narazılığı körükləmək üçün nəinki hər gün, hər saat, hər dəqiqə savaş gedir.
Bir yandan da ölkədaxili medianın bir qismi kütləvi oxucu axtarışında Azərbaycan və Bakı kimi müqəddəs adları klikbeyltərin, süni reytinqlərin əsiri edərək informasiya mühitimizi daha da ağırlaşdırırlar"
Zahid Orucun sözlərinə görə, bir neçə başlığı Google sistemində axtarışa verin, qarşınıza çıxacaq materiallar gerçəkdən də həyacan siqnalıdır:
"Azərbaycanda şok olay” başlığı- 6 milyon 350 000 ; “Azərbaycanda dəhşət” - 3. 270 000 nəticəni, “Azərbaycanda zorlama”: 1 260 000 nəticəni; “Azərbaycanda rüsvayçılıq”-210 000, “Azərbaycanda biyabırçılıq”-61 000 nəticə verir. Həmçinin, YouTube şəbəkəsində eyni sözlərlə axtarış yüzminlərlə nəticə verir. Eyni klikbeyt başlıqlar dövlətimizin paytaxtı Bakı şəhərinin adını da gözdən salır: Bakıda şok-6.260 000 nəticə; Bakıda dəhşət- 3.720 000; Bakıda biyabırçılıq-1. 190 000; Bakıda iyrənclik-465. 000; Bakıda rüsvayçılıq-265. 000. Digər məsələ, sosial problemlərin sensasiya naminə şişirdilərək, hökmən dövlətin adı ilə ümumiləşdirilməsi kimi yolverilməz xəbər başlığı praktikasıdır.(məs, “Azərbaycanda oğul atasını güllələdi; Azərbaycanda oğul atasını döyüb öldürdü; Azərbaycanda oğul atasını balta ilə öldürdü; Azərbaycanda həbsdən çıxan oğul ana və atasını baltaladı; Azərbaycanda oğul atasını polisə verdi; Azərbaycanda dəhşətli ailə dramı: ata qızını və arvadını öldürdü; Azərbaycanda ana beş uşağını atdı; Azərbaycanda ana 10 aylıq körpəsini boğub öldürdü. Baxın, cəmiyyətimizi maksimalizmə elə öyrədirlər ki, sensasiya və şok olmayan hadisənin, normal xəbərin qəbulu get-gedə çətinləşir.Beləliklə, doğru xəbərin meydanı genişləndirmək, mətbuatın müstəqilliyini artırmaq və peşəkarlıq üçün mediadan uzaqlaşmış yüzlərlə insanın yerini doldurmaq gərəkdir.
Saxta informasiya ilə müharibə üzrə yeni dövlət startegiyasına ehtiyac var.Biz parlamentarilər də onun hazırlanmasında iştrak etməliyik.
2-ci dünya müharibəsindən sonra qalib liderlər Çörçill, Ruzvelt və Stalinə qarşı hücumlar intensivləşmişdi.Azərbaycan nümunəsində də eyni vəziyyət yaranıb. Qələbəmiz bir liderin şəxsiyyətində təcəssüm etdiyi üçün İlham Əliyevin üzərinə xaricdən yönləndirilən antitəbliğat və təşviqat materillarının artdığını görməkdəyik.
Xatırladaq ki, prezident 26 fevralda dünya ilə dialoqunda 50-dən artıq mətbuat orqanı üzərindən meynstrimi özü müəyyənləşdirərkən, 44 günlük savaş dövründə xarici mediada dərc olunan yaxşı xəbərlərin, obyektiv təhlil və şərhlərin çoxluğunun onu təəccübləndirdiyini demişdi.Biz o xəbərləri çevik kommunikasiya alətləri ilə hər gün tirajlamalıyıq, demək olarsa, upakovka edib ictimai rəyə çıxarmalıyıq.
Doğru xəbərin meydanını genişləndirmək, mətbuatın müstəqilliyini artırmaq və peşəkarlıq üçün mediadan uzaqlaşmış yüzlərlə insanın yerini dodlurmaq gərəkdir.
İkincisi bütün teleradioların sosial şəbəkə və yotube üzərindən audotosiyasını genişləndirməliyik.Şəbəkə mütəxxəssislərini yetişdirmədən işlər getməz.Çünki çoxmilyonlu auditoriya uğrunda mübarizə əraziləri ələ keçirmək üçün aparılan silahlı döyüşlərdən adaha amansız gedir.
Nəhayət, sonda böyük yazıçı Soljenitsının məhşur kəlamınından-yalansız yaşamaq çağırışından çıxış edərək, indi xalqımıza düzgün, obyektiv və gələcəyini qurmağa kömək edən informasiya məkanının hava-su kimi gərəkliyini başa düşməliyik.Biz Vətən müharibəsini qazanmışıq, lakin informasiya məkanında gündəlik, bəzən dəqiqə ölçüsündə gedən hücumlarsa davam edir.Orada heç vaxt atəşkəs olmayacaq!"
Paylaş:
Müəllif : Fuad
Tarix:25-05-2021, 12:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:25-05-2021, 12:10
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:52
Pekin ilk növbədə Suriyadakı Türküstan İslam Partiyası üzvlərinin tərksilah olunmasını istəyəcək
Dünən, 19:00
Sumqayıt Tibb Mərkəzində BİABIRÇILIQ - 10 gün əvvəl xəbər verməlidir, canı çıxsın, yıxılmasın
Dünən, 10:45
Miqrasiya Xidmətində ŞOK HƏBSLƏR: Həsənovlara da sıra çatdı... - Kərəm Həsənov müdaxilə edirsə...
Dünən, 08:54