Günay Məmmədzadə keçmiş dünya çempionuna uduzdu
Mayın 25-də Cəbəllütariqdə qadın şahmatçılar arasında Qran-Pri turnirinin dördüncü turunun oyunları keçirilib.
Yarışda ölkəmizi təmsil edən Günay Məmmədzadə keçmiş dünya çempionu, Ukrayna təmsilçisi Mariya Muzıçuk ilə görüşüb. Qarşılaşma şahmatçımızın məğlubiyyəti ilə başa çatıb.
Ukraynanın digər təmsilçisi - Anna Muzıçuk isə rusiyalı Valentina Quninaya qalib gəlib. Turu daha bir şahmatçı - almaniyalı Elisabet Paets qələbə ilə başa vurub. O, gürcüstanlı Nana Dzaqnidzeni məğlub edib. Rusiyalı şahmatçılar Katerina Laqnonun bolqarıstanlı Antoaneta Stefanova, Alina Kaşlinskayanın Qazaxıstan şahmatçısı Dinara Saduakassova ilə, rumıniyalı İrina Bulmaqanın isə Qazaxıstanın digər təmsilçisi Jansaya Abdumalik ilə qarşılaşmaları heç-heçə başa çatıb.
On bir turdan ibarət turnirə iyunun 2-də yekun vurulacaq.
Paylaş:
Müəllif : Fuad
Tarix:26-05-2021, 08:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:26-05-2021, 08:53
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti