reklam
Regionxeberlericom.az » Cəmiyyət » İdman zallarından istifadə edənlərdən iyunun 10-dan, işçilərdən isə iyulun 1-dən COVİD pasportu tələb olunacaq

reklam

İdman zallarından istifadə edənlərdən iyunun 10-dan, işçilərdən isə iyulun 1-dən COVİD pasportu tələb olunacaq



Gənclər və İdman Nazirliyi idman, sağlamlıq sahələrində COVİD pasportunun nə vaxtdan tətbiq edilməsinə aydınlıq gətirib.

Gənclər və İdman Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın 25 may tarixli brifinqində qarşıdakı günlərdə bir sıra yumşalmaların olacağı elan edilib.

Gənclər və İdman Nazirliyi Mətbuat Xidmətinin rəhbəri vəzifəsini icra edən Qabil Mehdiyev qeyd edib ki, əhalinin çoxdan gözlədiyi həmin yumşalmalar arasında idman zallarının açılması idman ictimaiyyətinin çoxdan gözlədiyi qərar idi: “Qərara əsasən, idman zalları iyunun 10-dən xidmətə başlayır. Yalnız 18 yaşdan yuxarı vətəndaşlar həmin gündən etibarən COVID-19 pasportunu göstərməklə zallara daxil olub məşq edə biləcəklər. Buna görə də idmançılara, idmanla məşğul olmaq istəyən digər vətəndaşlara tövsiyə edirik ki, vaxt itirmədən, indidən vaksin olunsunlar ki, idman zallarının xidmətlərindən yararlana bilsinlər”.

Q. Mehdiyev vurğulayıb ki, idman, sağlamlıq sahələrində, yəni zallarda çalışan təlimatçılar, məşqçilər və digər işçilərdən isə COVID-19 pasportunun tələb edilməsi iyulun 1-dən tətbiq ediləcək: “O zamandək onlara işləməyə icazə veriləcək. Yalnız iyulun 1-dən sonra COVID-19 pasportu olmayan işçilərin zallarda əhaliyə xidmət etməsinə icazə verilməyəcək. Bu qadağanın pozulmasına görə həmin idman, sağlamlıq mərkəzlərinin rəhbərləri məsuliyyət daşıyacaqlar. Bu qaydaları pozan zalların təkcə cərimələnməsi deyil, həm də bağlanması söhbət mövzusu olduğu üçün bu sahədə çalışan hər kəsi diqqətli olmağa və qaydalara ciddi riayət etməyə çağırırıq”.

Q. Mehdiyev əlavə edib ki, zallara daxil olarkən hər bir vətəndaşın temperaturu ölçüləcək: “Eyni zamanda çox insanın bir arada məşq etməməsi üçün zallarda vaxt qrafiki hazırlanması tövsiyə ediləcək. Yəni bütün karantin qaydalarına riayət edilməsinə nəzarət olunacaq”.



Paylaş:


Müəllif : Tarix:
26-05-2021, 13:59
Sikayət   


loading...
Загрузка...