“İmamzadə” ziyarətgahında təhlükəli vəziyyət yaranıb - MÜRACİƏT
Gəncə “İmamzadə” ziyarətgah kompleksində qəzalı vəziyyət yaranıb, qədim memarlıq abidəsi hər an dağıla bilər. Bu barədə Reyting.az-a Gəncədən bir qrup dindar məlumat verib.
İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə və ətraf ərazilərə atdığı raketlərin təsirinə məruz qalan kompleksin mərkəzindəki köhnə kümbəzin üstündə tikilmiş yeni kümbəz çökmək üzrədir.
Dindarların sözlərinə görə, əgər kümbəz çökərsə, bu, çox böyük tarixi-mədəni dəyəri olan, müqəddəslərin uyuduğu ziyarətgahın tamamilə dağılması, eyni zamanda insan itkisi ilə nəticələnə bilər.
“İmamzadə” kompleksində ciddi təmirə ehtiyac olduğunu deyən dindarlar bildiriblər ki, ziyarətgahdakı ağır çilçıraqların tavana keyfiyyətsiz asılması da zəvvarlar üçün təhlükə mənbəyidir və hər an qopmaq ehtimalı var: “Bir neçə il bundan əvvəl kompleksdə əsaslı təmir və yenidənqurma işləri aparılsa da, bu zaman müəyyən nöqsanlara yol verilib və işlər keyfiyyətsiz görülüb. Ətraf ərazilərə atılan raketlərin təsiri ilə yanaşı keyfiyyətsiz təmir-bərpa işləri də kompleksdə ciddi problemlərin yaranmasına səbəb olub”.
Dindarlar deyiblər ki, artıq Nazirlər Kabineti yanında Operativ Qərargah ölkəmizdə xüsusi karantin rejiminin yumşaldılması ilə bağlı növbəti qərar imzalayıb və bir neçə gündən sonra zəvvarların “İmamzadə”ni ziyarət etməsinə icazə veriləcək. Zəvvarların gəlişi isə təhlükəni daha da artıra bilər. “Bu səbəbdən də əlaqədar qurumlardan - Fövqəladə Hallar Nazirliyindən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən, Mədəniyyət Nazirliyindən, Gəncə Şəhər İcra Hakimiyyətindən və digərlərindən məsələyə dərhal müdaxilə etməyi, baş verə biləcək faciənin qarşısını almaq üçün tədbir görməyi xahiş edirik. Ümid edirik ki, aidiyyəti qurumlar İmam Məhəmməd Bağırın VIII əsrdə vəfat etmiş oğlu İbrahimin və digər müqəddəslərin uyuduğu ziyarətgahla bağlı təcili qərar verəcək”.
Qeyd edək ki, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki «İmamzadə» kompleksinin bərpası ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti 1 mart 2010-cu ildə Sərəncam imzalayıb. Sərəncamla 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan «İmamzadə» kompleksinin təmiri, bərpası və ətrafında abadlaşdırma işlərinin aparılması üçün Gəncə Şəhər İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılıb. Bu işləri gördürməkdə məqsəd orta əsr Azərbaycan memarlığının qiymətli nümunələrindən biri sayılan, tikintisi XIV əsrin sonu-XV əsrin əvvəllərinə təsadüf edən «İmamzadə türbəsi» və onun ətrafında XVII-XVIII əsrlərdə inşa edilmiş məscid, sərdabə və digər dini-tarixi kompleksi qoruyub saxlamaqdır.
Paylaş:
Müəllif : Yazar
Tarix:27-05-2021, 11:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-05-2021, 11:53
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
26-12-2024, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
26-12-2024, 11:29