Mübariz Mənsimova aid limanda Mehmet Ağarla fotosu yayılan general kimdir? – Azərbaycanda xidmətdə olub
Bir müddət əvvəl Türkiyənin Bodrum şəhərində azərbaycanlı iş adamı Mübariz Mənsimova aid gəmi limanında general Engin Alanın da olduğu qalmaqallı foto yayılmışdı.
Yeniavaz.com xəbər verir ki, həmin fotoda Türkiyənin tanınmış mafiya lideri Alaattin Çakıcı, “dərin dövlət” başçısı adlandırılan keçmiş daxili işlər naziri Mehmet Ağar, Türkiyə Xüsusi Təyinatlı Qüvvələrinin keçmiş komandiri general Engin Alan, Türkiyə Xüsusi Təyinatlı Qüvvələrinin yüksək rütbəli zabiti, Türkiyənin Milli Kəşfiyyat Təşkilatında (MİT) direktor müavini vəzifəsində çalışmış Korkut Eken vardı. Foto 2020-ci ilin oktyabr ayında çəkilib. Keçmiş dövlət rəsmiləri ilə mafiya liderinin eyni kadrda yer aldığı həmin foto ölkədə gündəmə çevrilmişdi. Türkiyəli mafiya lideri Sedat Pekerin “youtube”da yayımladığı videolardan sonra isə həmin foto yenidən gündəmə gəldi. Peker kadrda olan şəxslər haqqında danışaraq onları üstü açılmayan bir çox cinayətlərin təşkilatçısı olduğunu iddia etdi. Onlardan birincisi Mehmet Ağardır. Sedat Pekerin sözlərinə görə, həmin şəxs bəzi qüvvələrin istəyilə “Palmali” şirkətlər qrupunun başçısı Mübariz Mənsimova aid milyard dollar dəyərindəki limanını əlindən alaraq onu müxtəlif iddialarla həbs etdirmişdi. Növbəti videolarında isə məşhur jurnalist Uğur Mumcu cinayətini də Mehmet Ağarın törətdiyini söyləmişdi.
Fotodakı digər qalmaqallı şəxs Korkut Ekendir. Türkiyəli mafiya lideri onun da Mehmet Ağarla birlikdə çalışdığını üstü açılmayan qətllərdən biri, jurnalist Kutlu Adalı cinayətini onun törətdiyini iddia etmişdi:
“O vaxtlar Korkut Eken və Mehmet Ağarla bir yerdə idim. Onların otaqları belə üz-üzə idi. Mənə dedilər ki, Kiprdə bir adam var, Kipri rumlara satmaq istəyir. O zaman mən gənc adamam, həmin dəqiqə coşdum. Onu öldürməsi üçün öz qardaşımı təklif etdim. Kiprə getdilər, ancaq qətl baş tutmadı. Uca Allah bizə o insanın qanını nəsib etmədi. Sən demə Kutlu Adalı dürüst insanmış. O, narkotik və qumarın Kipri məhv etdiyini, bu proseslərin idarəolunmaz hala gəlib çatdığı barədə məqalələr yayımlayırdı. Korkut Ekenə dedim ki, qətl baş tutmadı, yenə qayıdacaqlar. O isə mənə cavab verdi ki, artıq o iş həll olunub”.
Bəhs etdiyimiz fotoda diqqəti cəlb edən digər şəxs isə general Engin Alandır. O, 2 il Azərbaycanda xidmətdə olub, 1994-1996-cı illlərdə Türkiyənin Azərbaycandakı hərbi attaşesi kimi fəaliyyət göstərib. Qarabağa gedərək sərhəd zonaları ilə yaxından tanış olub. Hətta, ikinci Qarabağ müharibəsi başlayanda onun 90-cı illərdə cəbhədə çəkilən fotosu yayıldı. Engin Alan Azərbaycan-Ermənistan cəbhəsi barədə çox şey bildiyini, bölgəni tanıdığını bildirdi. Əməliyyatın uğurlu olması üçün öz fikirlərini yayımladı.
Qeyd edək ki, Pekerin videolarından sonra Alanın da müəmmalı işlərdə əlinin olduğu iddia edildi. Ancaq, Engin Alan bu məlumatları təkzib etdi.
76 yaşlı Engin Alan 1965-ci ildə Türkiyədə Hərbi Akademiyanı bitirdikdən sonra müxtəlif hərbi bölmələrdə xidmət edib. 1974-cü ildə Kipr əməliyyatında iştirak edib. 1992-ci ildə briqada generalı rütbəsinə yüksəlib və 16-cı Zirehli Briqada Komandanlığına təyinat alıb. 1994-1996-cı illərdə Türkiyənin Azərbaycandakı hərbi attaşesi oldu. Birinci Qarabağ müharibəsi dövründə cəbhəyə yollanaraq vəziyyətlə tanış olub. Bölgədə barədə ətraflı kəşfiyyat məlumatları əldə edib.
1996-cı ildə isə general-mayor rütbəsinə yüksəlib və Türkiyə Xüsusi Təyinatlı Qüvvələrinin Komandanı təyin edilib. PKK lideri Abdullah Öcalanın həbs edilməsində onun əmrində olan hərbçilər də iştirak edib.
2005-ci ildə təqaüdə göndərilib. 2010-cu ildə “Balyoz” hadisəsində günahkar bilinərək həbs edilib ancaq daha sonra azadlığa buraxılıb. 2011-ci ildə Türkiyədə keçirilən ümumi seçkilərdə MHP (Milliyətçi Hərəkat Partiyası) İstanbul millət vəkili seçilib. 1 iyun 2012-ci ildə Ankara 12-ci Ağır Cəza Məhkəməsi
Paylaş:
Müəllif : Fuad
Tarix:27-05-2021, 12:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:27-05-2021, 12:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24