reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Bacısı imkan vermirdi ki, bir yerdə yaşayaq”

reklam

“Bacısı imkan vermirdi ki, bir yerdə yaşayaq”


Goranboyda münasibətdə olduğu 2 uşaq anası G.İ-ni öldürməkdə təqsirləndirilən Q. Z. hadisəni necə törətdiyini etiraf edib. O, keçmiş ərinin yanına qayıdan sevgilisini onu söydüyü üçün öldürdüyünü deyib.

Q.Z. istintaqa ifadə verərək deyib ki, G. İ. ilə sevgi münasibətləri olub: “O, ərindən ayrılmışdı və bir neçə müddət Goran qəsəbəsində birlikdə yaşadıq. Sonradan bacısı bizim münasibətlərimizə mane olmaq istədi. O, imkan vermirdi ki, bir yerdə yaşayaq. Bəzən G-ya zəng edəndə bacısı telefonunu götürüb məni təhqir edirdi, bəzən də onunla danışanda kənardan söyüş söyürdü. Bu hal bir neçə dəfə təkrarlanmışdı. Bir dəfə G.İ-nin bacısı oğlu ilə görüşdüm. Ona bildirdim ki, anana de bizim aramıza girməsin. Xalanla olan münasibətlərə görə məni təhqir edir. Özünü yığışdırsın. Dedim ki, sənin bacınla məni evləndirmək üçün söz-söhbət atırlar ortaya, lakin bu mümkün deyil”.

Təqsirləndirilən şəxs bildirib ki, sevgilisi ona bacısı qızı ilə evlənməyi təklif edib: “Dedi ki, əgər bizim evlənməyimizə imkan verməsələr, sən bacımın qızı ilə evlənərsən. Ondan sonra həm də biz münasibətlərimizə davam edərik. Dedim bu mümkün deyil, bacın bilsə, aləmi bir-birinə qatar”.

Q.Z. daha sonra sevgilisi ilə şəxsi münasibətlərindən və onun əri ilə problemlərdən danışıb: “Biz bir-birimizi sevirdik. O, mənə əri ilə problemli olduğunu, ondan ayrıldığını bildirmişdi. Dedim ki, səni iki övladınla birlikdə qəbul edərəm və sizin üçün hər şeyi gözə alıram. Lakin bacısının müdaxiləsi ilə o da məni təhqir etməyə, atama, anama nalayiq sözlər deməyə başladı. Ona dedim ki, evlənəcəyimizi deyirdin, amma indi məni söyürsən, gör sənin başına nə oyun açacam.

Bundan sonra G. İ. məndən ayrıldı və dəfələrlə danışmaq üçün cəhd etsəm də, söyüşlər söydü. Mən də qisas almaq üçün onu öldürmək qərarına gəldim. Atamdan yadigar qalan tüfəngi götürərək Goran qəsəbəsinə yollandım. G.İ. əri və uşaqları ilə birlikdə qonşuluqda yerləşən xalasıgilin evinə getmişdi.

Gördüm ki, o, çarpayıya söykənərək oturub. Çarpayıda başqa heç kim yox idi. Bir az aralıda həyat yoldaşı uzanmışdı. Qıza ilk atəşi açdım. Birinci atəşdən sonra otağın işıqlarını kimsə yandırdı və həmin zaman əri “buna nə oldu” deyə qışqırdı. Qız da yerdə qışqırırdı. Tüfəngi doldurub ona ikinci atəşi açdım və oradan uzaqlaşdım.

Daha sonra Qazançı kəndinə gəldim. Gilizləri də özümlə götürdüm. Onun öldüyünü eşitdikdən sonra polisə zəng vurub cinayət törətdiyimi və yerimi dedim”.

G.İ. güllələndikdən sonra xəstəxanaya aparılsa da, orada ölüb. Gəncə Ağır Cinayətlər məhkəməsinin hakimi Xəqani Səmədovun hökmü ilə Q.Z. 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Q.Z. G.İ-ni 2020-ci ilin 5 avqustunda qətlə yetirib.


Paylaş:


Müəllif : Tarix:
27-05-2021, 13:41
Sikayət   


loading...
Загрузка...