Sensasiya: “Ayın 16-dan sonra Azərbaycan və Ermənistan arasında...”
“Rusiya xarici işlər nazirinin müavini yaxın günlərdə belə bir açıqlama ilə çıxış etdi ki, Moskva Azərbaycanın KTMT-yə qoşulmasında maraqlıdır. Rusiya Azərbaycanın nəinki bu təşkilata, Avrasiya İqtisadi Birliyinə üzv olmasını da istəyir. Bununla bağlı dəfələrlə Azərbaycana çağırışlar edilib. Bu mənada, Rusiyanın maraqları anlaşılandır. Amma məsələyə KTMT-nin qüvvədə olan nizamnaməsi ilə yanaşsaq, bunun hazırkı situasiyada reallaşması mümkün görünmür”.
Politoloq Elşən Manafovun müsahibəsini təqdim edirik:
– Erməni hərbi qüvvələrini Azərbaycana qarşı kim qızışdırır? Məsələn, Rusiyanın bəzi media qurumları və parlamentariləri baş verənlərə görə ABŞ və Fransanı ittiham edirlər. Hesab edirlər ki, hər iki ölkə bölgədə sülh şəraitini pozmağa çalışır.
– Son günlərdə sərhəddə baş verən gərginlik və bununla bağlı Ermənistan tərəfinin verdiyi açıqlamalar onu göstərir ki, İrəvan Qarabağla bağlı əldə edilmiş üçtərəfli anlaşmaları yerinə yetirmək istəmir. Bu isə bir sıra amillərlə əlaqədardır. Üçtərəfli anlaşmalar təkcə erməni qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını yox, həm də bölgədə nəqliyyat xətlərinin açılmasını özündə ehtiva edir. Ermənistan hələ ki, Azərbaycandan fərqli olaraq, həmin anlaşmaların şərtlərini yerinə yetirmir. İşğalçı erməni qüvvələri Azərbaycan ərazilərindən tam çıxarılmayıb. Həmin ərazilərdə indi də, Ermənistana bağlı diversant qrupları fəaliyyət göstərir. Təəssüf ki, Rusiya sülhməramlıları bununla bağlı üzinə götürdükləri öhdəlikləri yerinə yetirmirlər. Azərbaycan prezidenti də bu məsələyə münasibət bildirib.
Digər məsələ isə nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlıdır. Əgər Azərbaycan Laçın dəhlizinin açılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetiribsə, Ermənistan hələ də Zəngəzur nəqliyyat dəhlizinin açılması ilə bağlı üzərinə götürdüyü öhdəliyə əməl etmək istəmir. Bu baxımdan, Paşinyanın atdığı addımları anlamaq olar. Ermənistan hazırda seçki ərəfəsindədir. Paşinyan ehtiyat edir ki, bu addımı atacağı təqdirdə erməni müxalifəti onu müharibədəki məğlubiyyətlə yanaşı, növbəti dəfə “Ermənistanın milli təhlükəsizlik maraqlarına xəyanət”də günahlandıracaq. Paşinyana görə, bu vəziyyətdə erməni müxalifətinin xeyrinə işləyə biləcək siyasi dividentlərin işlək duruma gətirilməsində məsul olacaq. Bu isə Paşinyanın hakimiyyət iddiasına cavab vermir.
Erməni müxalifəti də başa düşür ki, əslində Zəngəzur dəhlizi Rusiya, Azərbaycan və Türkiyə ilə yanaşı, Ermənistanın da iqtisadi maraqlarına cavab verən layihə olacaq. Bu dəhliz açılsa, həm Azərbaycan üzərindən Rusiya ilə ticarət əlaqələrini genişləndirə bilər, həm də öz iqtisadiyyatına dəstəyi artırmış olacaq. Amma Ermənistan hələlik buna getmir. Çünki bu məsələdə təkcə Rusiyanın yox, Türkiyənin də maraqlarının olduğunu nəzərə alırlar.
– Bu dəhlizin açılması təkcə bölgə dövlətlətinin marağındadır?
– Bu dəhlizin açılmasını təkcə bölgə dövlətləri yox, Çin və Avropanın bəzi dövlətləri də gözləyir. Çünki bu, Çin və Avropa arasındakı nəqliyyat-kommunikasiya xətlərinin rentabelli vəziyyətə gətirilməsinə və ticarət imkanlarının artmasına xidmət edəcək. Təbii ki, Ermənistan hakimiyyətinin bununla bağlı sərgilədiyi mövqe qeyri-konstruktivdir, Moskva anlaşmalarını pozmaqdan başqa bir şey deyil.
Azərbaycan Ermənistanla sərhəd xətlərinin müəyyən edilməsində maraqlıdır. Bilirsiniz ki, Azərbaycan və Ermənistan müstəqillik əldə etdikdən sonra ermənilərin təcavüzü nəticəsində iki ölkə arasındakı sərhədləri müəyyənləşdirmək mümkün olmayıb. Azərbaycan özünün beynəlxalq hüquqla təsdiq olunmuş imkanlarından istifadə edərək, İranla özünün dövlət sərhədlərini müəyyən etdiyi kimi, Ermənistanla da bu məsələni həll etmək istəyir. Bu isə Ermənistandakı millətçi dairələrin narazılığına səbəb olur. Bundan istifadə edərək, süni ajiotaj yaradırlar, gah Rusiyaya, gah ABŞ-a, gah da Fransaya müraciət edirlər. Əslində bu, həm Ermənistan hakimiyyətinin daxili auditoriyaya ünvanladığı siyasətindən irəli gəlir, həm də beynəlxalq ictimaiyyətin diqqətini bölgədə baş verənlərə yönəltməklə Azərbaycanı ittiham etmək, bizə qarşı kənar təhdid və təzyiqləri gücləndirməyə çalışır.
– Bəs Rusiya hazırkı situasiyada hansı mövqedə dayanıb? Ermənistan tərəfi isə cidd-cəhdlə həm Rusiya, həm də KTMT-nin prosesə müdaxiləsinə nail olmağa çalışır.
– Rusiya xarici işlər nazirinin müavini yaxın günlərdə belə bir açıqlama ilə çıxış etdi ki, Moskva Azərbaycanın KTMT-yə qoşulmasında maraqlıdır. Rusiya Azərbaycanın nəinki bu təşkilata, Avrasiya İqtisadi Birliyinə üzv olmasını da istəyir. Bununla bağlı dəfələrlə Azərbaycana çağırışlar edilib. Bu mənada, Rusiyanın maraqları anlaşılandır. Amma məsələyə KTMT-nin qüvvədə olan nizamnaməsi ilə yanaşsaq, bunun hazırkı situasiyada reallaşması mümkün görünmür. Bu nizamnaməyə görə, təşkilata üzv olan dövlətlər arasında normal diplomatik münasibətlər olmalıdır. Ermənistanın təcavüzünə görə, bu ölkə ilə Azərbaycan arasında normal münasibətlər yoxdur.
Digər yandan, Azərbaycan bölgədəki geosiyasi reallıqlardan çıxış edərək, “Rus NATO-su”nda iştirak etməyə tələsmir. Azərbaycan hələ ki, Rusiya ilə ikitərəfli münasibətlərə önəm verir. Eyni zamanda, Azərbaycan Rusiya ilə münaqişənin yaratdığı problemləri aradan qaldırmaq istiqamətində addımlar atır. Bununla yanaşı, KTMT-yə üzvlük Azərbaycanın Qərb dövlətləri ilə münasibətlərində müəyyən problemlər yarada bilər. Azərbaycanın müttəfiqi, qardaş ölkə Türkiyə NATO üzvüdür. Bu baxımdan, Azərbaycanın təcavüzkar Ermənistanın təmsil olunduğu quruma üzv olması anlaşılmaya bilər. Digər yandan, Azərbaycan Qoşulmayan Dövlətlərin cərgəsində dayanıb. Azərbaycan Qoşulmayanlar Hərəkatının sədri və üzvüdür, bununla bağlı üzərinə öhdəliklər götürüb ki, heç bir hərbi-siyasi bloka qoşulmayacaq. Yəni Azərbaycanın KTMT-yə qoşulması indiki reallıqlar kontekstində mümkün deyil.
İrəvanda isə süni şəkildə hay-küy yaradılır ki, guya Azərbaycan KTMT-yə qoşulmaq istəyir, bu baş versə, Rusiya və sözügedən qurumun Ermənistana dəstəyi azalacaq və s. Amma Ermənistanda onu da gözəl başa düşürlər ki, Azərbaycan KTMT-yə qoşulmaq üçün çalışmır. Bununla Kremlə o mesajı verirlər ki, Rusiya bu addımı atmaq fikrindədirsə, onda Ermənistan Qərbə inteqrasiyası ilə bağlı məsələlərə yenidən baxa bilər. Nəzərə alsaq ki, hələ də Ermənistanda sorosçular hakimiyyətdədir, bu, Rusiya tərəfindən diqqətə alınmaya bilməz. Amma Ermənistan hakimiyyətinin indiki məqamda Rusiyanın siyasi təsir dairəsindən uzaqlaşacaq addımlar atması mümkün deyil. Çünki Ermənistan iqtisadiyyatının 65-70 faizi Rusiyadan asılı vəziyyətdədir, bu asılılıq ölkənin enerji təchizatını da əhatə edir. Eyni zamanda, Rusiya hərbi bazalarının Ermənistanda dislokasiyası göstərir ki, İrəvan yaxın gələcəkdə bu addımları ata bilməz. Sadəcə olaraq, blef edirlər, bu yolla da Qərbdəki müəyyən dairələrdən həm maliyyə, həm də siyasi dividentlər əldə etmək istəyirlər.
– Bəs son gəlişmələr tərəfləri yenidən müharibəyə gətirib-çıxara bilərmi?
– Düşünürəm ki, Ermənistandakı millətçi dairələr buna can atsalar da, yeni müharibə nə bölgə dövlətlərinin marağındadır, nə də Ermənistanın özü bunun altından çıxa bilər. Ermənistan yeni müharibə başlamağa qadir ölkə deyil. Azərbaycan prezidentinin dediyi kimi, “dəmir yumruq” yerindədir. Ermənistan iqtisadiyyatı elə bir duruma çatıb ki, belə bir müharibəni aparmağa gücü qalmayıb. Ermənistan ordusu tamamilə darmadağın edilib. Bu ordunun yenidən qurulması üçün xeyli vəsait və vaxt lazımdır. Ermənistan belə bir reallıqlar fonunda yeni müharibəyə girmək iqtidarında deyil. Amma bu başqa məsələdir ki, Ermənistanı buna sürükləyən qüvvələr var. Bunla həm Ermənistan daxilində, həm də ondan kənarda mövcud hakimiyyətə havadarlıq edən qüvvələrdir.
İndiki məqamda kiçik hərbi əməliyyatların aparıla biləcəyini demək olar. Genişmiqyaslı müharibənin olacağını istisna edirəm. Nəzərə almaq lazımdır ki, bölgə dövlətləri regionda nəqliyyat-kommunikasiya xətlərinin açılmasında maraqlıdırlar. Bunlar razılaşmalarda da öz əksini tapıb. Həmin dövlətlər heç bir vəchlə belə bir müharibənin başlamasına razılıq verməzlər.
Düşünürəm ki, iyunun 16-da Bayden və Putin arasında keçiriləcək görüşdə də, “qırmızı xətt” müəyyən olunacaq, həyati maraqları olan yerlərdə “qırımızı xətti” keçməyəcəklərinə dair öhdəliklər götürəcəklər. Bundan sonra ABŞ-dakı demokratların və baydençilərin Ermənistanı Azərbaycanla müharibəyə sürükləməklə bağlı davranışlar sərgiləyəcəyini istisna edirəm. Düşünürəm ki, bunu anlaşmadan sonra Baydenin rəhbərliyindəki ABŞ Rusiya üçün həyati əhəmiyyət daşıyan bu və digər bölgələrdə yeni müharibələrin alovlandırılması yönündə addımlar atmaqdan çəkinəcək./Teleqraf
Paylaş:
Müəllif : Fuad
Tarix:27-05-2021, 21:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:27-05-2021, 21:28
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09