reklam
Regionxeberlericom.az » Cəmiyyət » Ermənistan qan gölünə çevrilə bilər - “Ölüm-dirim savaşı gedir“

reklam

Ermənistan qan gölünə çevrilə bilər - “Ölüm-dirim savaşı gedir“

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan ölkədəki siyasi gərginliyin az qala vətəndaş müharibəsi həddinə çatdığını vurğulayıb. O, Nikol Paşinyanla eks-prezident Robert Köçəryan tərəfdarları arasında ölüm-qalım savaşının getdiyini bildirib.

Ermənistandakı seçkiqabağı vəziyyəti Yenisabah.az-a şərh edən politoloq Fikrət Sadıxov ilk əvvəl digər siyasətçilərlə müqayisədə Ter-Petrosyanin daha sağlam düşüncəli olduğunu qeyd edib:

“Ter-Petrosyan artıq birinci dəfə deyil ki, belə bəyanatlar verir. O, vəziyyəti real təhlil edərək belə bir xəbərdarlıq edir. Çünki həqiqətən, Ermənistan cəmiyyətində siyas qruplaşmalar arasında ciddi qarşıdurma gedir və fikrimcə, Ermənistan vətəndaş müharibəsinin bir addımlığındadır”.

Həmsöhbətimiz Paşinyan əleyhdarlarının parlament seçkiləri ərəfəsində hakimiyyətə gəlmək üçün əllərindən gələni edə biləcəyini diqqətə çatdırıb:

“Onlar indiki hakimiyyəti devirmək istəyir və bu yolda bütün vasitələrdən istifadə etməyə hazırdırlar. Vətəndaş müharibəsinin bağlanğıcı elə bundan ibarət ola bilər. Vəziyyət gərginləşir, onlar getdikcə Azərbaycana qarşı müxtəlif şüarlarla çıxış edirlər, revanşist əhval-ruhiyyəyə bürünüblər”.

Ermənistanın qan gölünə çevrilmə ehtimalından gəldikdə isə Fikrət Sadıxov hər şeyin baş verə biləcəyini deyib:

“Bunu istisna etmək olmaz, çünki onların qarşıdurma səviyyəsi qaynar nöqtəyə gəlib çatıb. Düzdür, Paşinyanın reytinqi digərlərinə nisbətən hələlik yüksəkdir. Lakin onları qıcıqlandıran da elə bu amildir. Onlar hesab edir ki, Paşinyan kimi siyasətçi ölkəyə rəhbərlik etməyə qadir deyil. Buna görə də onu devirmə ssenariləri gündəmdədir. Həm hərbçilər, həm Qarabağ klanı nümayəndələri, həm yeni müxalifət liderləri Nikol Paşinyana qarşıdır”.


Paylaş:


Müəllif : Tarix:
28-05-2021, 14:00
Sikayət   


loading...
Загрузка...