reklam
Regionxeberlericom.az » Cəmiyyət » Əlillik pensiyası kəsilənlərin yenidən müraciəti niyə aylarla çəkir?

reklam

Əlillik pensiyası kəsilənlərin yenidən müraciəti niyə aylarla çəkir?


Bir müddətdir ki, sosial şəbəkələrdə əlilliyi olan şəxslərin pensiya və müavinətlərinin bu ilin aprel ayından dayandırılması barədə şikayətlər yer alır.

Şikayətçilər təkrar müraciət etdikdə növbənin çox olduğu əsas gətirilərək yoxlamaların noyabr, dekabr aylarına salındığını bildirirlər. İddia olunur ki, aylarla çəkən yubanma yoxlamaların ancaq bir neçə tibb müəssisəsində aparılması ilə əlaqədardır. Məsələn, gözdən əlillərin əlillik təyinatı ilə bağlı müayinəsi yalnız Bakıda – Milli Oftalmologiya Mərkəzində aparılır.

Bir həkimdən rəy almaq üçün vətəndaşlar bəzən 3-4 dəfə rayondan Bakıya gəlməli olduqlarını bildirirlər. Bu da rayonlararası marşrutların işləmədiyi vaxtda böyük xərc tələb edir və digər tərəfdən vətəndaşlara göndərişlərə cavab verilməyən ayların da pulunu heç kim ödəmir. Həmçinin tibb müəssisələrində də pandemiya dövründə izdihamların yaranmasına səbəb olur.

Yoxlamaların paralel olaraq digər dövlət xəstəxanalarında, o cümlədən, yerli poliklinikalarda niyə aparılmaması ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət etdik.

Agentlikdən bildirildi ki, əlilliyin təyin edilməsi ilə bağlı Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər vermək hüququ olan TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin nəzdində Həkim Məsləhət Komissiyaları fəaliyyət göstərir.

Həmin Komissiyalar tərəfindən müəyyən edilmiş qaydada vətəndaşların sağlamlıq vəziyyətinin və əmək qabiliyyətinin müvəqqəti və ya tam itirilməsinin ekspertizasını aparmaq, TSEK tərəfindən müəyyənləşdirilmiş əlillik müddətinin bitməsi ilə əlaqədar təkrar müayinələrin həyata keçirilməsi, əlillik dərəcəsi olan şəxslərin vaxtından əvvəl təkrar müayinə edilməsi, əlilliyin səbəbinin dəyişdirilməsi, əlillərin texniki və digər reabilitasiya vasitələrinə ehtiyaclarının qiymətləndirilməsi və s. işlər aparılır: “Qeyd edilən məsələlərlə bağlı TSEK-ə göndərişləri rəsmiləşdirmək istiqamətində tibb müəssisələri tərəfindən Forma 088 tərtib olunur. Tibb müəssisələrinə əlilliyin müəyyən edilməsi ilə bağlı müayinədən keçmək istəyən vətəndaşların çoxluğunu nəzərə alaraq mövcud sənədlərin hazırlanması müəyyən zaman müddətində həyata keçirilir. Tibb müəssisələrində əlilliyin müəyyən edilməsi ilə bağlı hər bir vətəndaşın növbəli şəkildə TSEK-ə göndərişi rəsmiləşdirilir”.

Agentlikdən, həmçinin bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi gözün və onun əlavə aparatının xəstəlikləri üzrə əlilliyin təyin olunması üçün yalnız Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin rəylərinə əsasən sənədləri qəbul edir. Mərkəz Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisəsi olduğundan bu durumla bağlı sualları nazirlik cavablandıra bilər.

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi gözün və onun əlavə aparatının xəstəliklərinin müayinəsinin paralel olaraq digər tibb müəssisələrində aparılması istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə müzakirələr aparır. Hazırda xəstələrə əlillik dərəcəsinin müəyyən edilməsi ilə bağlı müayinələrin aparılması üçün TƏBİB-in tabeliyində olan 163 tibb müəssisəsinin Həkim Məsləhət Komissiyası fəaliyyət göstərir”.


Paylaş:


Müəllif : Tarix:
30-05-2021, 09:52
Sikayət   


loading...
Загрузка...